Tələbə həyatı
Tələbə həyatı
Bakı Ali Neft Məktəbi həyata keçirdiyi sosial-mədəni tədbirlər çərçivəsində gənclərin intellektual səviyyəsinin yüksəldilməsi, xüsusi istedadlı tələbələrin müəyyən edilməsi, onların bilik və bacarıqlarının effektli reallaşdırılması, ölkəmizin qloballaşan dünyaya inteqrasiyası kontekstində milli-mənəvi dəyərlərin qorunması, dövlətçilik ideologiyasının təbliği və vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində fəal iş aparır. Ali Məktəbdə səliqə, intizam, dəqiqlik, özünə, həmçinin BANM ailəsinin bütün üzvlərinə hörmət və ehtiram əsas şüar, tələbələrin elmə marağının artırılması, korporativ mədəniyyətin formalaşdırılması, dünyagörüşlərinin zənginləşdirilməsi, sağlam düşüncə, özünəinam, tolerantlıq, tələbə-özünüidarəetmə strukturları fəaliyyətlərinin təkmilləşdirilməsinə davamlı dəstək, fərdi olaraq həyata keçirilən layihə və ideyaların reallaşdırılması əsas hədəflərdəndir.
BANM tələbələri bu Ali Məktəbdə, respublika və beynəlxalq səviyyədə keçirilən müxtəlif formatlı tədbirlərin, seminar, elmi-praktik konfrans, festival, forum, toplantı, sərgi və aksiyaların aktiv iştirakçılarıdır. Ali Məktəb davamlı olaraq intellektual yarışlar, müxtəlif formatlı müsabiqələr keçirir, tələbələri bir vətəndaş kimi formalaşdırmaqla yanaşı, fiziki hazırlığın profilləşməsini təmin edərək müxtəlif idman yarışları, turnirlər təşkil edir. BANM tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün muzeylərə, qoruq və mədəniyyət ocaqlarına, müxtəlif rayonlara səfərlər təşkil edir ki, bu da onların intellektual səviyyələrinin artmasına, vaxtdan səmərəli istifadəyə, kollektivçilik ruhunun güclənməsinə xidmət edir. Tələbələrin dərsdənkənar fəaliyyətlərində onların mahnı, rəqs, bədii qiraət, rəssamlıq, fotoqrafiya, aktyorluq və rejissorluq kimi bacarıqlarının inkişafı üçün müxtəlif tədbirlər keçirilir, tamaşalar nümayiş etdirilir. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində ilk dəfə olaraq tələbələrimizin ifasında Azərbaycan dramaturgiyasının banisi, böyük mütəfəkkir, ictimai xadim Mirzə Fətəli Axundzadənin “Hekayəti-Müsyö Jordan və Dərviş Məstəli şah” komediyası əsasında iki hissəli tamaşanın və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettasının nümayişi onu göstərir ki, bu Ali Məktəb Azərbaycan üçün sadəcə mühəndislik sahəsində yüksəkixtisaslı mütəxəssislər deyil, həm də layiqli vətəndaşlar yetişdirməyə çalışır.
Tələbə Klubları və Təşkilatları
Ali Məktəbdə tələbələrin maraqlarının əhatə olunması, sosial problemlərinin həlli, onların asudə vaxtının səmərəli təşkili məqsədilə Tələbə Həmkarlar İttifaqı Komitəsi və Tələbə Gənclər Təşkilatı nəzdində və müstəqil formada müxtəlif istiqamətli klublar fəaliyyət göstərir. Bu klublar tələbələrin asudə vaxtının səmərəli təşkili üçün münbit şərait yaratmaqla yanaşı, onların idarəetməyə cəlb edilməsi, təşkilatçılıq, təşəbbüskarlıq və yaradıcı fəaliyyətinin inkişafı üçün dəstək, müxtəlif yerli və beynəlxalq layihələrə qatılmaları, bilik və bacarıqlarını nümayiş etdirmələrinə təkan verir, müntəzəm olaraq xeyriyyə konsertləri, qocalar və uşaq evlərinə səfərlər, maarifləndirici təlim və seminarlar keçirirlər.
Bu təşkilatlar tələbələrin idarəetməyə cəlb edilməsi, təşkilatçılıq, təşəbbüskarlıq və yaradıcılıq qabiliyyətlərinin inkişafına dəstək verir.
Daha ətraflıAli Məktəbdə fəaliyyət göstərən Neft Mühəndisləri Cəmiyyətinin əsas məqsədi tələbələrin müxtəlif yönlərdə inkişafını, onlar arasında təcrübə və bilgi mübadiləsini təmin etmək, ayrı-ayrı sənaye sahələrində çalışan peşəkarlarla görüşlər təşkil etmək və onların real iş prinsipləri ilə əyani tanışlığına nail olmaqdır.
Daha ətraflıKəşfiyyatçı Geofiziklər Cəmiyyəti (SEG) geofizika elmi və onun bir qolu olan geoloji kəşfiyyat sahəsinin tanıdılması ilə bağlı fəaliyyət göstərən cəmiyyətdir.
Daha ətraflıKlub hər həftənin şənbə günü Ali Məktəb nümayəndələrinin təşkilatçılığı ilə intellektual oyun formatlı sinxron çempionat keçirir. İlin sonunda qalib komanda BANM tərəfindən mükafatlandırılır.
Daha ətraflıKlub tələbələrin fizikaya marağını artırmaq, fənnin daha dərindən öyrənilməsinə yardımçı olmaq, asudə vaxtın səmərəli keçirilməsinə dəstək məqsədilə qurulub.
Daha ətraflıRiyaziyyat Klubunun (“BHOS Math Club”) əsas məqsədi gənclərin riyaziyyatı sevmələrini və daha dərindən öyrənmələrini təşviq etməkdir.
Daha ətraflıBu klub tələbələrdə kitaba, bədii ədəbiyyata maraq artırmaq məqsədilə yaradılıb.
Daha ətraflıTələbələrin öz bacarıqlarını artırmağa, öyrəndiklərinin praktiki tətbiqinə hesablanmış turnirlərin nəticəsi olaraq ən aktiv üzvlər bu Ali Məktəbi Bakı Debat Forumunda təmsil edirlər.
Daha ətraflıDanışıq klubu (“Conversation Club”) Hazırlıq ilinin (Foundation) tələbələrinin ingilis dili səviyyələrinin inkişafına dəstək məqsədilə yaradılıb.
Daha ətraflıKlub tələbələrin özünüinkişaf və rus dili bacarıqlarının artırılmasına şərait yaradır.
Daha ətraflıKlub tələbələrə proqramlaşdırma dilləri mövzusunda təlimlər keçir, bu sahədə onların bilik və bacarıqlarını inkişaf etdirir.
Daha ətraflı“Cinema club” tələbələrin ingilis dilində nümayiş edilən filmləri birlikdə izləyərək sözügedən dilin inkişaf etdirilməsinə, dünyagörüşlərinin artırılmasına dəstək verir.
Daha ətraflıSahibsiz heyvanlara dəstək məqsədilə yaradılmış Animal care club-ın üzvləri davamlı olaraq heyvan sığınacaqlarına baş çəkir, yemləmə aksiyaları keçirirlər.
Daha ətraflıMusiqiyə maraq və həvəsi olan istedadlı tələbələri öz ətrafına toplayan Klub Ali Məktəb daxilində keçirilən tədbirlərdə fəallıq nümayiş etdirir, universitetlərarası musiqi yarışlarına qatılır.
Daha ətraflıKlubumuzun məqsədi Psixologiya haqqında məlumatlandırmaq, tələbələri onların xarakter inkişafında həvəsləndirməkdir.
Daha ətraflıTarix Klubu gənclərimizin həm xarici, həm də milli tarixi daha detallı şəkildə öyrənməsinə xidmət edir.
Daha ətraflıVoleybol klubu tələbələrin bu sahəyə olan marağını artırmaq istiqamətində fəal iş aparır.
Daha ətraflıKlubun əsas məqsədi tələbələrin stolüstü tennis bacarıqlarını inkşaf etdirmək, sosial aktivliklərini artırmaqdır.
Daha ətraflıAli Məktəbdə yaradılmış ilk tələbə klublarından olan Futbol klubu həvəskar tələbələrdən formalaşdırılıb.
Daha ətraflıKlub basketbola marağı olan tələbələr üçün məşq dərsləri və turnirlər təşkil edir.
Daha ətraflıBANM Oyun Cəmiyyətinin əsas məqsədi oyun oynamağı sevən tələbələrin asudə vaxtlarını daha da əyləncəli keçirməsi üçün fərqli video oyunlar üzrə müxtəlif turnirlər keçirməkdir, sosial aktivliklərini artırmaqdır.
Daha ətraflıKlub tələbələrin sağlam həyat tərzi keçirmək, boş vaxtlarını səmərəli dəyərləndirmək məqsədilə yaradılıb.
Daha ətraflı“Environmental Care Club” olaraq Ali Məktəbimizdən olan könüllü tələbələri də bu işə cəlb etməklə aylıq olaraq ətraf mühit problemlərinin həllinə yönələn layihələr keçirir.
Daha ətraflı