Bakalavriat

Biz neft kapitalını insan kapitalına çeviririk

 

Ümumi məlumat

Bizim bakalavr proqramları sizi imkanlarla dolu bir gələcəyə hazırlayır. BANM olaraq anlayırıq ki, gələcəkdə iş çox fərqli konseptdə olacaq, buna görə də bizim məqsədimiz hər bir məzunun bakalavrı bitirdikdə tənqidi düşünmək, özünə inam, səmərəli əməkdaşlıq etmək və dünyaya öz töhvəsini verə bilmək kimi bacarıqlarını təmin etməkdir.

Arzularınızın nə qədər böyük olmasından asılı olmayaraq sizə təqdim olunan unikal öyrənmə imkanları sayəsində biz sizin ambisiyalarınıza çatmağınızda vasitəçi olacağıq. Öyrənməyə və öyrətməyə fərqli yanaşma prinsiplərini  əsas tutaraq məzun olduğunuz zaman karyera hədəflərinizə çatmağınız üçün dəyərli əlaqələriniz olacaq.

Bakalavr pilləsi üzrə bütün ixtisaslar sənayedə işləyən mütəxəssislər ilə birgə hazırlanıb, onların rəyləri nəzərə alınıb. Bunun nəticəsidir ki, təhsil aldığınız 5 il ərzində siz texniki biliklərdən əlavə yay istehsalat təcrübələri zamanı praktik biliklərə yiyələnib, öz sahənizin mütəxəssisinə çevriləcəksiniz.