Multikulturalizm

Multikulturalizm

Kampusda mədəni müxtəliflik

  • Beynəlxalq tələbələr üzrə statistik məlumatlar

BANM-də 20-dən çox ölkədən olan tələbələrlə zəngin, müxtəlif akademik icmaya ev sahibliyi edir. Hazırda 100-dən çox beynəlxalq və mübadilə tələbəsi kampusda çoxmədəniyyətli öyrənmə mühitinə töhfə verir.

  •  Tələbə mübadiləsi

Tələbə mübadiləsi proqramları çərçivəsində BANM bir sıra nüfuzlu ali təhsil müəssisələri ilə əməkdaşlıq edir.

Akademik mübadilə proqramları Qazax-Britaniya Texniki Universiteti, Atırau Neft və Qaz Universiteti, Yuqra Dövlət Universiteti, Buxara Dövlət Universiteti, Turan Beynəlxalq Universiteti, Çin Neft-Qaz Universiteti, Tümen Dövlət Universiteti, Almetyevsk Dövlət Neft İnstitutu və Ploeşti Neft və Qaz Universiteti və digər universitetlərlə həyata keçirilir.

Bu əməkdaşlıqlar çərçivəsində tələbələr hər semestr akademik mübadilə proqramlarında iştirak edərək beynəlxalq təhsil təcrübəsi qazanır və BANM-in çoxmədəniyyətli akademik mühitinə töhfə verirlər.

  •    Mədəniyyətlərarası tədbirlər

BANM müxtəlif mədəni mənsubiyyətlərə malik tələbələrin bir araya gələrək öyrəndiyi, paylaşdığı və qarşılıqlı hörmətə əsaslanan inklüziv kampus mühitinin formalaşdırılmasına böyük önəm verir. Mədəniyyət Günü çərçivəsində təşkil olunan tədbirlər bu yanaşmanın bariz nümunəsi olmaqla, tələbələrə öz mədəni irsini təqdim etmək, mədəniyyətlərarası dialoq qurmaq və qlobal mədəni müxtəlifliyi yaxından tanımaq imkanı yaradır.

Aşağıda Mədəniyyət Günü tədbirindən hazırlanmış video və foto materiallarla BANM-in çoxmədəniyyətli kampus ruhu ilə tanış ola bilərsiniz:

https://www.youtube.com/shorts/XclQydUs-Wk