Loqotip təlimatı

Loqotip

Loqotip korporativ stilin ən mühüm hissəsidir. Loqotipə aid ölçü nisbətləri aşağıda göstərilmişdir. Bu nisbətlər dəyişdirilə bilməz.

Loqotipdə ölkənin əzəmətini əks etdirən neft buruğu, hər şeyin bünövrəsini təşkil edən bilik, intellekt rəmzi olan kitab, neft ölkəsinin simvolu olan damla və güc, qoruyucu simvolu olan qalxan öz əksini tapır. Burada neft buruğu - ucalığı, aliliyi ifadə edir. Neft buruğunun arxasından əks olunan işıq boşluqları - parlaq gələcəyi və bu gələcəyə aparan yollara işarədir. Hər iki simvol eyni zamanda cənab prezident İlham Əliyevin "Biz neft kapitalını insan kapitalına çeviririk" ifadəsini özündə əks etdirir. Təsvir olunan kitab həm kitabı, eyni zamanda da dəniz dalğalarını əks etdirir. Bu Azərbaycanın dəniz qədər tükənməyən sərvətə malik olduğunu ifadə edir. Loqotipdə təsvir olunan qalxan isə müasir dövürdə əsl gücün elmdə olduğunu və yalnız elmli insanların güclü olduğuna işarədir. Loqotipdə Azərbaycan Respublikasının bayrağının rəngləri ilə göstərilmiş alov Azərbaycanın mədəni irsinin qədim və önəmli rəmzi olduğunu göstərir, ümid, tərəqqi və sülhü ifadə edir.

Mövcud loqotip versiyaları:

 

Korporativ rənglər

Bakı Ali Neft Məktəbinin müəyyən edilmiş korporativ rəng palitrası vardır. Hər bir rəngin təyin olunmuş mənası aşağıda qeyd edilib. Hər rəng müəyyən edilmiş sahədən asılı olaraq istifadə edilə bilər.

BANM

HEX #2F446F
RGB 0 60 120

İnformasiya Təhlükəsizliyi

HEX #824F9F
RGB 130 80 160

Proseslərin avtomatlaşdırılması mühəndisliyi

HEX #0978BD
RGB 0 120 190

Neft və qaz mühəndisliyi

HEX #7E2F2F
RGB 130 35 35

Kimya Mühəndisliyi

HEX #06AA59
RGB 0 170 90

Biznesin İdarə edilməsi

HEX #F68834
RGB 245 135 50

Layihə İdarəetmə Məktəbi

HEX #245C89
RGB 0 90 140

Magistratura

HEX #D3B064
RGB 210 175 100

Kompüter mühəndisliyi

HEX #D3B064
RGB 0 175 239

Biznesin İdarəolunması

HEX #D3B064
RGB 237 47 89

 

Prezentasiya forması

Yüklə