Tələbə həyatı

Gənc Mühəndislər klubu

BANM-in Gənc Mühəndislər klubu orta məktəb (7-11-ci siniflər) şagirdlərinə gələcəkdə təhsillərini mühəndis ixtisasları üzrə davam etdirmək və karyera uğuru qazanmaq üçün peşəyönümlü biliklər vermək, ixtisas seçimində yardım göstərmək məqsədilə yaradılıb. Klub şagirdlər arasında mühəndislik fəaliyyətinin əhəmiyyəti və özəllikləri haqda maarifləndirmə işləri apararaq onları mühəndis təhsili almağa təşviq edir, onları emalatxanalar, laboratoriyalar və sənaye obyektlərində neft-qaz, neft-kimya, neft-qaz mədən avadanlığı, maşınqayırma, energetika, avtomatika sahələrinə aid texnika və texnologiyalarla tanış edir, SOCAR-ın ölkədəki və xaricdəki innovasiya layihələrinin nüfuzunun yüksəlməsi və iqtisadiyyatının inkişafındakı əhəmiyyəti haqda maraqlı söhbətlər aparır.

SOCAR-ın strukturlarında işləyən mütəxəssislərlə şagirdlərin görüşlərinin təşkil edilməsi, məktəblərdə mühəndislik fəaliyyətinə həsr olunmuş guşələr, stendlərin və Mühəndislik dərnəyinin yaradılması Klubun hazırda hədəflədiyi əsas fəaliyyət istiqamətlərindəndir.