Tələbə həyatı

Teatr klubu

Bu klub teatra marağı olan tələbələrin vahid məkanda cəmlənməsinə və onların özünüifadəsinə peşəkar şərait yaradır. Klubun təqdimatındakı iki hissəli “Hekayəti-Müsyö Jordan və Dərviş Məstəli şah” tamaşası və “O olmasın, bu olsun” operettasını xüsusi qeyd etmək lazımdır. Bu və digər sənət nümunələrinin nümayişi dəqiq elmlər sahəsilə məşğul olan BANM kontingenti tərəfindən əsl mənəvi-mədəni istirahət, yüksək zövq mənbəyi kimi qarşılanır, onların böyük marağına səbəb olur.