Təkrar ali təhsil proqramı

Ümumi məlumat

2020/2021-ci tədris ilindən etibarən BANM-də Neft-qaz mühəndisliyi ixtisası üzrə təkrar ali təhsil proqramı yaradılmış və bu proqram üzrə qəbul prosesinə başlanılmışdır. Bu proqram üzrə təhsil qiyabi formada həyata keçirilir və təhsil müddəti ümumilikdə 5 akademik ilə qədərdir.

 

Qazanılan nəticə

Proqramı müvəffəqiyyətlə bitirən tələbələr aşağıdakı nəticələri əldə edəcəklər:

  • Neft və qaz səhəsində bilik və təcrübələrini genişləndirə biləcəklər
  • Neft və qaz mühəndisliyi alətlərinin, onların faydalılığını və məhdudiyyətlərini qiymətləndirmə bacarıqlarını əldə edəcəklər
  • Neft yataqlarının tədqiqatlarını aparmağı, yataqların işlənməsi və istismarı planlanması prosesini öyrənəcəklər
  • Quruda və dənizdə neft quyularının qazılması, quyularının dizaynı və istismarının planlanması prosesini öyrənəcəklər

 

Qəbul qaydaları

Tədris ödənişli əsaslarla qiyabi formada təşkil edilir. Təkrar ali təhsil müəssisə, təşkilat, idarə və ya ayrı-ayrı vətəndaşlarla (iş stajı 1 ildən az olmayaraq) Bakı Ali Neft Məktəbi arasında bağlanılmış müqavilələr əsasında həyata keçirilir.

Təkrar ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidir:

  • Rektorun adına ərizə
  • əmək kitabçasının surəti (hazırda işləməsi göstərilmək şərtilə)
  • ali təhsil haqqında sənədin diplom və diploma əlavənin notarial qaydada təsdiqlənmiş surətləri
  • sağlamlıq haqqında arayış
  • şəxsiyyəti təsdiq edən sənəd
  • 3/4 sm ölçüdə 4 ədəd fotoşəkli

 

Xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra BANM-də təkrar ali təhsil ala bilər. Təqdim olunan sənədlər müvafiq tələblərə cavab verdiyi halda iddiaçılar təkrar ali təhsil almaq hüququnu qazanırlar.