Beynəlxalq Proqramlar Ofisi

EIPO haqqında

https://bhos.edu.az/kcfinder/upload/images/erasmus.pngBakı Ali Neft Məktəbinin beynəlmiləlləşmə strategiyası çərçivəsində Azərbaycan universitetləri arasında ilk və yeganə Erasmus + ofisi olan Erasmus + və Beynəlxalq Proqramlar Ofisi yaradıldı. 17 Avropa ölkəsindən 41-dən çox universitetlə əməkdaşlıq edərkən ofis indiyədək 159 nəfəri (63 tələbə, 96 əməkdaş) mübadilə proqramlarında iştiraka cəlb etmişdir.  EIPO komandası, ayrı-ayrı universitetlərlə 11 “Erasmus + International Kredit Mobility” layihəsi hazırlamaqla yanaşı, “Erasmus + KA2 Erasmus+ Ali Təhsildə Potensialın Gücləndirilməsi” və “Jean Monnet” layihələrinın hazırlanması və həyata keçirilməsi ilə də məşğul olur. Bundan əlavə, Erasmus + və Beynəlxalq Proqramlar Ofisi, Mövlana mübadilə proqramı çərçivəsində Türkiyənin 15 universiteti ilə əməkdaşlıq qurmuşdur və proqram yenidən başladılarsa, tələbələr aktiv şəkildə mübadilə imkanlarından yararlana biləcəcəklər. EIPO akademik və inzibati işçi və tələbə mübadiləsi proqramlarının təşkili, hazırlanması və icrası ilə bağlı məsələlər və prosedurlarla məşğul olmaqla yanaşı,   BANM-də Erasmus + Proqramını koordinasiya edir. BANM-in Erasmus + və Beynəlxalq Proqramlar Ofisi mübadilə programlarının həyata keçirilməsi ilə bağlı prosedurların təşkili və idarə olunması ilə məşğuldur. EIPO mübadilə programlarının iştirakçılarını bütün mərhələlərdə istiqamətləndirir və dəstəkləyir (viza, yaşayış yeri, kurs seçimi, əlaqədar akademik bölmə ilə əlaqə, təhsil müqavilələri, müraciət formaları, qiymətləndirmənin tənzimlənməsi, kreditin tanınması, lazım olduqda bank hesabının yaratması və s.). Eyni zamanda, EIPO qabaqcıl təcrübələrin bölüşdürülməsi, yeniliklərin ötürülməsi və ali təhsilin potensialının inkişafı üçün müxtəlif milli və beynəlxalq proqramlar çərçivəsində Azərbaycanın milli universitetləri ilə fəal əməkdaşlıq edir.

Əlavə məlumat üçün keçid link:

Bizi izləyin:

Instagram

Facebook

Partners

EIPO komandası üzvləri haqqında məlumat

Əməkdaşlar

Gülşən Cabbarzadə

Erasmus + Mütəxəssis, Erasmus + KA1 ICM Mütəxəssis

View contacts
Lamiyə Rüstəmova

Erasmus + KA1 ICM və KA 2 üzrə mütəxəssis

View contacts

Bizim bir hissəmiz olun

Müraciət edin