Beynəlxalq Proqramlar Ofisi

Erasmus+ KA1 Tələbələrin və İşçi Heyətinin Mübadiləsi

Erasmus+ KA1 Beynəlxalq Kredit Mübadiləsi (ICM), Proqram ölkəsindən Tərəfdaş Ölkəyə və ya əksinə bir ali təhsil müəssisəsində (HEI) qeydiyyatdan keçən və ya işləyən şəxslərin hərəkətliliyini dəstəkləyir . Bakı Ali Neft Məktəbi 2016 -cı ildən etibarən Erasmus+ KA1 mübadilə proqramında fəal iştirak edir.

 

Mübadilə ilə Gələn Tələbələr

BANM-də mübadilə proqramları ilə gələn tələbə olmaq, fərqli mədəniyyətləri, öyrənmə bacarıqlarını, elmi təcrübələri qazanmaq və Azərbaycanı kəşf etmək üçün unikal bir fürsət yaradır. Gələn tələbələr, öz beynəlxalq əlaqələr ofislərinə yaxınlaşaraq, öz universitetlərindən mübadilə imkanları haqqında lazımi məlumatları əldə edə bilərlər.

Virtual Tur

Mübadilə ilə Gələn Tələbələr üçün məlumat

Mübadilə ilə Gedən Tələbələr

BANM tələbələri proqram vasitəsilə “mübadilə ilə gedən tələbə” olaraq müraciət edib Erasmus+ Mübadilə layihələrindən faydalana bilərlər. Tələbələr, bilik, bacarıq və münasibətlərini inkişaf etdirmələrində, inamlarını və müstəqilliklərini artırmalarında, maraqlarını və ideyalarını stimullaşdırmalarında onlara kömək edəcək tərəfdaş universitetlərimizdən birində bir semestr keçirərək mübadilədə olurlar. Erasmus+ və digər mübadilə layihələri üçün xərclər proqram qaydalarına uyğun olaraq proqramlar tərəfindən ödənilir və ödənişin miqdarı, hərəkətlilik dövrü üçün mövcud olan büdcədən asılı olaraq müxtəlif ölkələr və tərəfdaş universitetlər üçün fərqlənir. Zəhmət olmasa, daha çox məlumat üçün "Mübadilə ilə Gedən tələbələr üçün məlumat"-a baxın. 

Mübadilə ilə Gedən Tələbələr üçün məlumat

Mübadilə ilə Gələn İşçi Heyəti 

BANM-a mübadilə proqramları ilə gələn işçilərə yüksək ixtisaslı mütəxəssislərin və professorların ən yaxşı təcrübələrini əyrənmək üçün hər bır şərait yaradılır. Mübadilə programı çərçivəsində gələn işçilər hədda BANM-la məqalələrin dərc edilməsi, tədqiqatların aparılması və beynəlxalq layihələrin icrası kimi sahələrdə əməkdaşlıq qura bilərlər. BANM-a gəlməzdən əvvəl işçilər əlaqədar məlumatları təhsil aldıqları universitetlərdən ala bilərlər.

Virtual Tur

Mübadilə ilə Gələn İşçilər üçün məlumat

Mübadilə ilə Gedən İşçi Heyəti

Akademik və inzibati işçiləri mübadilə proqramlarda iştiraka cəlb edərək, BANM müxtəlif ölkələrin universitetləri ilə əlaqələr qurmağı və inkişaf etdirməyi hədəfləyir. Bundan əlavə, bu mübadilələr BANM-in professorlarına və akademik heyətinə biliklərini artırmağa, digər universitetlərin professorları ilə əlaqə qurmağa, qarşılıqlı layihələr hazırlamağa, birgə elmi jurnallar yazmağa, yeni öyrənmə və tədris texnikaları BANM-ə gətirməyə kömək edir. Gedən inzibati heyətə gəldikdə, universitetin menecment və idarəetmə vahidlərini yaxşılaşdırmaq üçün BANM-də tətbiq oluna bilən Avropa universitetlərindən yeni şeyləri müşahidə edə və öyrənə bilərlər.

Mübadilə ilə Gedən İşçilər üçün məlumat

 

 

Partners