EIPO Blog
EIPO Blog
2020 - Yaqut Bədəlova - Alkala Universiteti
2020 ildə Erasmus tələbəsi oldum. Dostlarımla Dünya Mirası yerlərindən biri olan Alcalá de Henares və onun heyranedici Alcalá Universiteti ilə tanış olduğumuzdan cəmi iki ay keçdi. İspaniya prezidentinin bir açıqlaması canlı yayımda idi və mənə italiyalı dostum tərəfindən tərcümə olunurdu - şəhər növbəti iki həftə ərzində pandemiyaya görə baqlı olacaqdır. Evlərimizdə nə vaxta qədər kilidlənib qalacağımız həftədə bir dəfə alış-verişə gedəcəyimiz barədə heç bir anlayışım yox idi. Dünyanın hər yerində olduğu kimi Madrid şəhərində karantin rejimimin müddəti uzadıldı və təxminən 2 ay davam etdi. Alcala gözəl və tarixi bir şəhər olduğu üçün orada karantin rejimi yaşatmaq çox çətinidi. Ancaq maraqlıdır ki, bütün dövr ərzində şəhəri iki dəfə kəşf etməkdən çox həyəcanlandım. İlk dəfə şəhərə gələndə və ilk dəfə karantin rejimi ləqv olunanda. Dostumla karantin rejimini elektron layihələr hazırlamaqla və imtahanlara hazırlaşmaqla keçirtdik. Düzü, karantin bizi də yaxşı aşpazlara və kitab kitabsevərnlərə çevirdi. Hər bir keçirdiyimiz günə saqlam olduğumuz və yeni təhsil tərzin mənimsəməyimizə görə minnatdaridiq. Təcrübə mənə o qədər şey öyrətdi ki, bundan sonrakı fəaliyyətim üçün ondan bir dərs kimi istifadə edəcəyəm. Nəhayət, Erasmusunuzun harada və nə vaxt olmasından asılı olmayaraq, hər bir Erasmuser üçün dəyişməyən bir tərəf var - unudulmaz bir təcrübə və ən gözəl dostlar.