Magistratura

Ümumi məlumat 

Məzunlar kompüterləşdirilmiş idarəetmə sistemləri, məlumatların işlənməsi və proqramlaşdırılması, məlumatların qorunması, mikrokontrolçuların inkişafı və müxtəlif məqsədlər üçün  istifadəsi üzrə mütəxəssis, kompüter şəbəkələrinin administratorları, layihə menecerləri, mühəndislər, sahə mühəndisləri, kompleks elektron, kompüter və avtomatlaşdırılmış avadanlıqların sınaqçıları və mühəndis-tədqiqatçılar kimi işləyirlər. 

Module Handbooks Download PDF

Təlim nəticələri 

  • Qabaqcıl riyaziyyat, hesablama, idarəetmə nəzəriyyəsi, siqnal və informasiya emalı üsullarını tətbiq edərək çoxsahəli mürəkkəb texniki sistemləri formalaşdırmaq, modelləşdirmək və təhlil etmək, həmçinin müəyyən olunmuş qeyri-müəyyənlik sərhədləri daxilində onların davranışını proqnozlaşdırmaq.

  • Analitik, ədədi, məlumat-yönümlü və eksperimental metodları, o cümlədən maşın öyrənməsi, robast və optimal idarəetmə və qabaqcıl siqnal emalı üsullarını seçmək, tətbiq etmək və tənqidi qiymətləndirmək; mürəkkəb idarəetmə və informasiya sistemlərini təhlil etmək və şərh etmək, qeyri-müəyyənliyi kəmiyyətcə qiymətləndirmək və nəticələrin etibarlılığını və məhdudiyyətlərini qiymətləndirmək.

  • Müəyyən olunmuş funksional, təhlükəsizlik, etibarlılıq, ekoloji və iqtisadi tələblərə cavab verən mürəkkəb aparat-proqram sistemlərini layihələndirmək, sənədləşdirmək və doğrulamaq; alt-sistemləri inteqrasiya etmək və onların yoxlanmasını, təsdiqlənməsini nümayiş etdirmək.

  • Müstəqil tədqiqatları planlaşdırmaq və həyata keçirmək: sistemli ədəbiyyat araşdırmaları aparmaq, eksperimentlər və ya simulyasiyalar dizayn edib icra etmək, uyğun statistik təhlil üsullarını tətbiq etmək, standart və normativ sənədlərə istinad etmək, elmi əsaslı nəticələr çıxarmaq və onları akademik formada təqdim etmək.

  • Peşəkar mühəndislik alətlərindən, inkişaf mühitlərindən, proqram təminatını və laboratoriya/emalatxana metodlarından istifadə etməklə texniki həlləri həyata keçirmək, sınaqdan keçirmək və doğrulamaq; quraşdırılmış platformalar, sənaye şəbəkələri, robot texnologiyaları, alətlər və enerji sistemləri üzrə praktik peşəkarlığı və təhlükəsizlik təcrübələrini nümayiş etdirmək.

  • Mürəkkəblik, qeyri-müəyyənlik və risklə idarəetmə zamanı əsaslandırılmış və sübutlara söykənən mühəndis qərarları qəbul etmək; texniki, iqtisadi, etik, ətraf mühit, təhlükəsizlik və dayanıqlılıq aspektlərini nəzərə alaraq alternativləri qiymətləndirmək; layihələri planlaşdırmaq, idarə etmək və rəhbərlik etmək, nəticələrə və komandanın fəaliyyətinə görə məsuliyyəti qəbul etmək.

  • Mürəkkəb texniki fikirləri yazılı və şifahi şəkildə ixtisaslaşmış və ixtisaslaşmamış auditoriyalara aydın şəkildə təqdim etmək; texniki və akademik sənədləri hazırlamaq və nəşr etmək; innovasiyalara töhfə vermək və çoxdisiplinli və multikultural komandalar daxilində liderlik etmək və ya effektiv şəkildə iştirak etmək.

  • Müstəqil ömürboyu öyrənmə və peşəkar inkişaf bacarığı nümayiş etdirmək: şəxsi inkişaf və strukturlaşdırılmış peşəkar inkişaf planını hazırlamaq; yeni texnologiyaları tənqidi şəkildə qiymətləndirmək və rəqabət davamlılığını davam etdirmək üçün fəaliyyətləri müəyyən etmək.

Laboratoriyalar

Kafedra müasir cihazlar ilə təchiz edilmişdir. Hər bir tələbə müəyyən bir vaxtda laboratoriyalarda (kompüterləşdirilmiş idarəetmə sistemləri və avtomatlaşdırma, robototexnika, elektronika və mikroprosessor texnologiyası). Eyni zamanda tələbələr  kafedrada  quraşdırılan lokal şəbəkəyə inteqrasiya olunmuş fərdi kompüterlərdən istifadə edərək kompüter siniflərində iştirak edirlər. Bununla tələbələr texnoloji sənayedəki ən müasir nailiyyətləri hərtərəfli öyrənməyə və qlobal kompüter şəbəkəsində (İnternetdə) işləməyə imkan qazanırlar.

“Proseslərin idarə edilməsi” laboratoriyası EMERSON şirkətinin avadanlıqları ilə təhciz olunub və “Texniki sistemlərdə informatika və idarəetmə” ixtisasının magistr tələbələri burada müasir nəzarət-ölçü cihazları və optimal idarəetmə sistemləri ilə yaxından tanış olub elmi-tədqiqatlarını apara bilirlər.

“Robototexnika Mərkəzi”ndə magistr tələbələri “Robototexnika”, “Mexatronika sistemləri” və “İnternetin əşyaları (İoT)” fənləri üzrə laboratoriya işlərini görürlər, praktiki şəkildə araşdırmaları və elmi-tədqiqat işləri aparırlar.

 

Partners

Our partners are SOCAR, BP, Emerson Process Management, ABB, Schneider Electric, Avandsis Group, ATENAU ltd., MHWirth, Rapid Solutions, Huawei, CISCO, Petkim, TalTech University, Ruse University, Istanbul Technical University.