Beynəlxalq Proqramlar Ofisi
Erasmus + Akademik heyət üçün mübadilə Elanı
Erasmus + Akademik heyət üçün mübadilə Elanı
Müraciət üçün son tarix: 15 fevral 2024
Erasmus+ proqramı (Əsas Fəaliyyət 171) çərçivəsində İspaniyanın Qranada Universiteti ilə birgə mayın 6-dan 10-dək keçiriləcək kitabxanalar və İT xidmətləri sahəsində iki beynəlxalq həftədə BANM əməkdaşlarına iştirak etmək üçün ayrılmış yerlər təklif edir. Qənaətbəxş ingilis dili səviyyəsinə malik olan Kitabxana və İT xidmətlərinin hər hansı əməkdaşı bu beynəlxalq heyət həftələrində iştirak etmək üçün müraciət edə bilər. Xərclər tam olaraq Erasmus+ Proqramı tərəfindən maliyyələşdirilir.
Kimlər iştirak edə bilər?
- Bakı Ali Neft Məktəbində fəaliyyət göstərən heyət
- Müraciət edənlrin dil biliklərinin kafi dərəcədə olması gözlənilir
Mobilliyin müddəti
Mübadilə 5 iş gününü və 2 səyahət gününü əhatə edir.
MÜRACİƏT PROSESİ
Aşağıdakı sənədləri təqdim etməlisiniz:
• Təklif məktubu (maksimum 2 səhifə) – fəaliyyət günləri üçün planınızı ifadə edir. (Təklif sənədini hazırlayarkən adıçəkilən Universitetlə bağlı kiçik araşdırma aparmağı və fəaliyyət göstərdiyiniz sahə ilə tərəfdaş universitetdəki sahənin uyğunluğunu nəzərə alaraq təklifinizi formalaşdırmağı xahiş olunur)
• Pasportun surəti
Müraciət etmək üçün linkə daxil olun:
https://forms.gle/Keuj4bGkN4rCN5ZJ6
MALİYYƏLƏŞDİRİLMƏ
İştirakçı qalma müddətinə (günlər) uyğun olaraq yaşayış xərcləri üçün mobillik qrantı alacaq.
◦ Günlük qrant məbləği : Avro 120/gün
◦ Səyahət qrantı: Avro 820
SEÇİM KRİTERİYALARI
Namizədlər öz ixtisasları ilə bağlı təkliflərinə əsasən seçiləcək və iki Universitet arasında gələcək qarşılıqlı əməkdaşlığa töhfə verəcəklər.
- Ümumiyyətlə, Universitet tərəfindən təklif edilmiş heç bir səfərdə iştirak etməmək (+30 bal)
- Son 1 ildə Universitet tərəfindən təşkil edilmiş səfərdə iştirak etməmək (+10 bal)
- Niyyət məktubu- Müraciət edən əməkdaşın Partnyor Universitetdə olacaq fəaliyyəti ilə burdakı fəaliyyətin uyğunluğu. Əgər akademik heyət müraciət edirsə, onların universitetdə tədris etdiyi fənlər üzrə partnyor universitetdə uyğun fənlər mövcud olmalıdır. İnzibati heyət müraciət edirsə, BANM-da fəaliyyət göstərdiyi şöbə və ya iş üzrə partnyor universitetdə uyğun department olmalıdır. (+ 40 bal)
- Universitetdəki iş təcrübəsi:
- 1-3 il arası (+2 bal)
- 3-5 il arası (+5 bal)
- 5-8 il arası (+8 bal)
- 8 ildən çox (+10 bal)
- Seçki Komitəsi tərəfindən əməkdaşın Universitetdəki iş fəaliyyətində dair verilmiş dəyərləndirmə (+20 bal)
Müraciət üçün tələblər:
- Universitetdə minimum 6 ay iş təcrübəsinin olması
- Dil biliyinin minimum B1 səviyyəsində olması (inzibati heyət üçün tətbiq olunur)
- Səfərdən döndükdən sonar 15 iş günü ərzindı aidiyyəti şöbədə və ya kafedrada təqdimat etmək
Seçki Komitəsinin üzvləri:
- Ümumi işlər üzrə prorektor
- Mühəndislik fakültəsinin dekanı
- Davamli təhsil fakültəsinin dekanı
- Tədris-metodiki şöbənin rəhbəri
- Proqram meneceri