DAAD Beynəlxalq Yay Məktəbi

Azərbaycan haqqında

Azərbaycan Cənubi Qafqazda yerləşən qədim tarixə malik zəngin təbii resursları ilə tanınan müsəlman ölkəsidir. Təbiətinin gözəlliyi, adət-ənənələrinin zənginliyi, mətbəxinin ləziz təamları ölkəyə səfər edən əcnəbiləri daim özünə heyran qoymuşdur. Hər il Azərbaycana milyonlarla turist gəlir. Lakin ən yaxın zamanda onların sayı iki dəfə artacaqdır, hətta yəqin ki, üç dəfə artacaqdır. Axı ölkənin nəhəng potensialı vardır. O, həm qədim tarixi, həm zəngin mədəni irsi, gözəl təbiəti və rəngarəng landşaftı, başı qarlı dağların zirvəsini və yaşıl düzənlikləri, flora və faunanın unikal dünyasını, ilıq dəniz və Xəzərin sonsuz qumlu çimərliklərini özündə biirləşdirir. Azərbaycan kurort istirahəti və müalicə üçün zəngin resurslara malikdir. Onun ərazisində 200-dən artıq mineral bulaq var, onlar öz keyfiyyətinə və tərkibinə görə beynəlxalq kurortların sularından heç nə ilə geri qalmır. Lakin bundan əlavə, burada naftalan – müalicəvi neft də var, o, möcüzəli təsirə malikdir, onun həqiqətən də hüdudsuz imkanlarını tibb işçiləri tədqiq etməkdə davam edirlər, naftalanın yeni-yeni xüsusiyyətlərini kəşf edirlər. Naftalan kurortu – dünyada yeganədir. Azərbaycana səyahət ov və balıq ovu həvəskarlarına, alpinistlərə, ekoloji turizmin həvəskarlarına unudulmaz təəssüratlar bəxş edəcəkdir, çünki məhz burada bir çox yerlər vardır ki, hələ insanın yaranmadığı, tarixin ən qədim dövrlərindən bu günədək toxunulmaz qalmışdır. Azərbaycan öz üzərinə regionun işgüzar, elmi və mədəni həyatının mərkəzi funksiyasını get-gedə daha çox götürür. Buna görə də son illərdə Azərbaycan Respublikası rəhbərliyi tərəfindən turizmin inkişafına böyük diqqət yetirilmişdir. Azərbaycanın şəhərlərində, kurort zonalarında, dağlarda və Xəzərin sahillərində beynəlxalq dərəcəli onlarla otel tikilmiş, ümumdünya şəbəkələri öz mehmanxanalarını açmış, akvaparklar və geniş istirahət zonaları açılmışdır. Ölkənin ərazisində ən müasir standartlar üzrə təchiz olunmuş altı beynəlxalq aeroport təyyarələri qəbul edir və göndərir, yeni avtobus marşrutları açılmışdır, Bakının şəhər kənarında böyük dəniz limanı tikilir. Hər il yeni konsert zalları, idman mərkəzləri, mağazalar, restoran və kafelər açılır, park və bağlar salınır, magistral və şose yollar çəkilir. Azərbaycanın zəngin tarixi və mədəni abidələrinin qorunması və bərpası üzrə böyük işlər görülür. Burada qonaqları rəngarəng təəssüratlar, əla istirahət və çox sayda yeni dostlar gözləyir, Azərbaycana gələn hər kəs burada mütləq çox sayda dostlar qazanacaqdır. Azərbaycana turlar – gözəl təbiəti görmək, bəşəriyyət tarixinə toxunmaq, qədim mədəniyyətlə və bu ölkənin müasir nailiyyətləri ilə tanış olmaq deməkdir.

Turistik zonalar və məşhur otellər haqqında əlavə məlumatı, həmçinin Azərbaycan haqqında aktual yenilikləri buradan tapa bilərsiniz.

 

© Dars Films