Bakalavriat
Ümumi məlumat
Biznesin idarə edilməsi – iş mühitində prosesləri effektiv dizayn etmək və operativ biznes həlləri tapmaqda doğru istiqamət göstərən mühim ixtisaslardan biridir. Bu gün dəyişən reallıqlar çərçivəsində lokal, regional və qlobal səviyyədə uğur qazanmaq, biznes trendlərini izləyib, düzgün analiz etmək və doğru zamanda, doğru qərar verə bilməkdən asılıdır. Biznesin idarə edilməsi ixtisası məhz bu tendensiyaları anlaya bilmək və proseslərə çevik reaksiya vermək qabiliyyətini inkişaf etdirmək hədəfi üzərinə dizayn edilmişdir.
2021-ci ildən Bakı Ali Neft Məktəbində tədrisinə başlanan bu ixtisas tələbələrə ingilis dili və informasiya-kommunikasiya texnologiyaları üzrə hazırlıq daxil olmaqla 4 illik təhsil imkanı yaradır. Hədəfimiz qısa müddətli dövrdə mütərəqqi üsullar və peşəkar professor-müəllim heyəti ilə menecerlər və analitiklər, potensial iş adamları hazırlamaqla ölkə iqtisadiyyatında sahibkarlığın inkişafına müsbət töhfə vermək; orta müddətli dövrdə isə regionun ən yaxşı Biznes Məktəblərindən biri olmaqdır.
Proqramın təlim nəticələri
-
Biznesin idarə olunması üzrə əsas sahələrin, o cümlədən menecment, əməliyyatlar, təşkilati davranış, insan resurslarının idarə edilməsi, mühasibat uçotu, maliyyə və marketinq üzrə hərtərəfli biliklərə tənqidi yanaşma ilə qiymət vermək və onları tətbiq etmək.
-
Biznes proseslərinə və təşkilati funksiyalara aid əsas iqtisadi göstəriciləri, əsas anlayışları, modelləri və nəzəriyyələri sistemli şəkildə təhlil etmək və şərh etmək.
-
Qloballaşmanın və dayanıqlılıq prinsiplərinin beynəlxalq biznesin və strateji menecmentin nəzəri və praktik aspektlərinə təsirini tənqidi qiymətləndirmək və modelləşdirmək.
-
İngilis və Azərbaycan dillərində peşəkar səviyyədə ünsiyyət qurmaq; Azərbaycan tarixi üzrə biliklərdən istifadə edərək fənlərarası və multikultural komandalara rəhbərlik etmək və onlarla səmərəli fəaliyyət göstərmək, biznes qərarlarına etik prinsipləri inteqrasiya etmək.
-
Mürəkkəb biznes problemlərini müəyyən etmək və həll etmək məqsədilə kəmiyyət və keyfiyyət məlumatlarını sintez etmək və təhlil etmək.
- Təşkilati təkmilləşdirmə üçün məlumatlara əsaslanan həllər hazırlamaq və faktlara söykənən tövsiyələr formalaşdırmaq.
-
Maraqlı tərəflərlə strateji danışıqlar aparmaq və biznes qərarlarını ciddi əsaslandırma vasitəsilə müdafiə etmək.
-
Biznes proseslərini optimallaşdırmaq və faktlara əsaslanan qərarların qəbulunu dəstəkləmək məqsədilə tədqiqat metodologiyasını, məlumatların təhlili üsullarını və analitik metodları tətbiq edərək müstəqil tədqiqat layihələrini dizayn və icra etmək.
-
Mürəkkəb biznes layihəsi mühitində müxtəlif komandalara rəhbərlik etmək və onların fəaliyyətini əlaqələndirmək, şəxslərarası münasibətləri idarə etmək.
-
Riskləri azaltmaq və yeni innovasiyalar təklif etmək məqsədilə biznesin daxili və xarici mühitini strateji baxımdan qiymətləndirmək.

Təcrübə və iş imkanları
Biznesin idarə edilməsi ixtisası üzrə təhsil alan tələbələr baxımından bu günün reallıqlarında akademik biliklə birlikdə təcrübənin əhəmiyyəti çox mühimdir. Bunu nəzərə alaraq universitet, tələbələri artıq II kursdan etibarən tanınmış şirkət və müəssisələrdə istehsalat təcrübəsi ilə təmin edir. Proses III kursda da davam edir. Bu imkan tələbələrin məzun olmadan əvvəl ən az 2 müəssisədə təcrübə keçməsinə, nəzəriyyədə öyrəndiklərini praktikada tətbiq etməsinə gətirib çıxarır ki, bu da onların gələcək karyeralarında mühüm rol oynayır. Prosesin sonunda tələbələr məzun olmadan əvvəl artıq iş sahibi ola bilirlər. Ümumiyyətlə biznesin idarə edilməsi sahəsində iş imkanları kifayət qədər çoxşaxəlidir. Belə ki, bu ixtisasdan məzun olan tələbələr gələcəkdə fəaliyyətlərini özəl və dövlət sektorunda davam etdirmə imkanına sahibdir. Onlar oxuduqları dövrdə müəyyənləşdirdikləri istiqamətdən asılı olaraq birbaşa biznes meneceri, maliyyə mütəxəssisi, mühasib, layihə meneceri, marketoloq, bank mütəxəssisi, insan resurslarının idarə edilməsi üzrə menecer və s. kimi vəzifələrdə karyera qura bilərlər. Bundan başqa fərdi təşəbbüslərin əhəmiyyətinin artdığı günümüzdə onlar iqtisadiyyatın müxtəlif sahələri üzrə öz bizneslərini quraraq istehsalat, satış, xidmət və digər istiqamətlərdə fəaliyyət göstərə bilərlər.
Dərs cədvəli Download PDF