BANM məzunları
Uğur hekayələri
Elnarə Rüstəmzadə
Neft-qaz mühəndisliyi, 2019 məzunu
- BANM-i seçməkdə məqsədiniz nə idi? Universitet haqqında xüsusi qeyd etmək istədiyiniz təəssürat varmı?
Doğrusu, əvvəlcə məni hansı sürprizlər gözlədiyini dəqiq bilmirdim, yüksək bal toplayan tələbələrin əksəriyyəti kimi ən yaxşı variantı seçmək istəyirdim. BANM -də 7 il ( həm bakalavr, həm də magistr) müddətdə yüksək təhsil səviyyəsi, dürüstlük, pozitiv heyət və əbədi dostlar tapdım.
- BANM-də təhsil aldığınız müddətdə öyrəndiyiniz ən böyük təcrübə nə olmuşdur? Bunu gündəlik həyatınızda necə tətbiq edirsiniz?
Bakalavr və magistr təhsilim müddətində çox faydalı və geniş tədris proqramı elmlər doktoru , professorlar və sənaye mütəxəssisləri tərəfindən keçirilirdi. Bu isə mənim həm şəxsiyyət, həm də mütəxəssis kimi formalaşmağımda əvəzsiz rol oynadı. BANM təhsilinin köməyi ilə beynəlxalq şirkətlərdə təcrübə və təlimlər keçə bildim.
- Bakalavrdan sonrakı təhsiliniz haqqında məlumat verə bilərsinizmi?
Bakalavr təhsili aldıqdan dərhal sonra BANM-də professor assistentliyi ilə birlikdə magistr dərəcəsində təhsilimi davam etdim. Bu iki il ərzində inanılmaz dərəcədə peşəkar bir heyətlə çalışdım və deməliyəm ki, bu da müəllimliyi sevməyimə səbəb oldu və məni ixtisasımın ən yaxşı mütəxəssislərindən biri olmağa sövq etdi. Hal -hazırda, doktorluq dissertasiyam çərçivəsində Austin Texas Universitetində Geostatistika, Məlumat Analitikası və Rezervuar modelləşdirmə layihəsi üzrə araşdırma aparıb , professor assistenti olaraq çalışıram.
- BANM -in sizi vəzifəyə yaxşı hazırladığını hiss edirsinizmi?
Yaxşı vaxt idarəçiliyi və BANM -də uzun illər çəkdiyim zəhmət sayəsində doktorluq dissertasiyamı davam etdirmək üçün dünyanın ən yaxşı neft mühəndisliyi proqramına qəbul ola bildim.
- BANM-ə müraciət etmək istəyən tələbələrlə hər hansı bir ipucu və ya məsləhət bölüşmək istərdinizmi?
Təhsilin ən güclü silah olduğunu söyləmək istərdim. Yeni bacarıqlar öyrənməyə və mütəmadi olaraq özünüzü inkişaf etdirməyə çalışın və unutmayın ki, məhdudiyyətləri yalnız siz özünüzə qoyursunuz. Çətinliklərinizlə məhdudlaşmayın, məhdudiyyətlərinizə meydan oxuyun!