BANM məzunları
Uğur hekayələri
Əsəd Əsədli
Kimya mühəndisliyi, 2020 məzunu
- BANM-i seçməkdə məqsədiniz nə idi? Universitet haqqında xüsusi qeyd etmək istədiyiniz təəssürat varmı?
Məktəb illərində kimya mühəndisi olmağa qərar verdikdən sonra bu sahədəki universitətləri analiz etməyə başladım. Sonra Bakı Ali Neft Məktəbi haqqında məlumat əldə ətdim, tamamilə fərqli perspektivli təhsil sistemi, müasir kampusu, aktiv tələbə həyatı olan, yeni qurulmuş universitet diqqətimi cəlb etdi. Sonra bu universitetin bir tələbəsi olmaq mənim xəyalım və məqsədim oldu. Şükürlər olsun ki, istəyimə nail oldum.
- BANM-də təhsil aldığınız müddətdə öyrəndiyiniz ən böyük təcrübə nə olmuşdur? Bunu gündəlik həyatınızda necə tətbiq edirsiniz?
BANM -də təhsil sistemi yalnız mühazirələrlə, layihələrlə bitmir,burada həm də tələbənin yumşaq bacarıqlarının, faydalı və ömür boyu lazım olacaq vərdişlərinin qazanılmasına kömək edilir. "Motivasiya müvəqqətidir, intizam daimi ". Bu sitat BANM -də oxuduğum illərdən bəri mənim həyat şüarıma çevrildi və özünü dəfələrlə sübut etdi, xüsusən də bugünkü pandemiya vəziyyətində. Burada yiyələndiyim vaxt idarəçiliyi, planlaşdırma və təşkilati bacarıqlarla təhsilim və karyera həyatımdakı bütün problemlərin öhdəsindən gələ biləcəyimə inanıram.
- Bakalavrdan sonrakı təhsiliniz haqqında məlumat verə bilərsinizmi?
Mən Almaniyada Erlangen-Nürnbergin Friedrich Alexander Universitetinin qabaqcıl materiallar və proseslər sahəsində magistr tələbəsi və DAAD təqaüdçüsüyəm. Mənim maraq sahələrim və tədqiqat portfelim qabaqcıl proses mühəndisliyi, davamlı təxnologiyalar və yaşıl katalizdir. BANM -də qazandığım nəzəri və sənaye təcrübəm hazırkı təhsilim zamanı mənə çox kömək ədir. Bununla yanaşı qeyd etməliyəm ki, müstəqil (öz üzərində) çalışmaq BANM təhsil sisteminin ayrılmaz bir parçasıdır. Üzərində çalışdığımız bir neçə dizayn və elmi layihələr araşdırma, analitik düşünmə və qərar vərmə kimi qabiliyyətlərimizi inkişaf etdirdi, hansılar ki hal -hazırda kariyeramda mənə çox kömək olur.
- Hal-hazırki iş həyatınız barədə məlumat verə bilərsinizmi (vəzifə/şirkət/sahə)?
Bir müddət öncə "Maye üzvi hidrogen daşıyıcılarında hidrogenin depolanması" layihəsi üzrə Helmoltz Institute Erlangen-Nuremberg-in Bərpaolunan enerji bölməsində assistent kimi işə dəvət almışam.
- BANM-ə müraciət etmək istəyən tələbələrlə hər hansı bir ipucu və ya məsləhət bölüşmək istərdinizmi?
BANM -də təhsil almaq həyatınızın ən yaxşı qərarlarından biri ola bilər, ancaq ilk öncə bütün ixtisaslar haqqında dərindən araşdırma aparın və sizin üçün ən uyğun olanını tapın.