Xəbərlər
BANM-ın İqtisadiyyat və uçot şöbəsinin rəisi Oktay Məmmədov Beynəlxalq mükafata layiq görülüb
Bakı Ali Neft Məktəbinin (BANM) İqtisadiyyat və uçot şöbəsinin rəisi Oktay Məmmədov Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyasının (APFM ) üzvü olaraq “Best Financial Manager 2017” - 2017-ci ilin ən yaxşı maliyyə meneceri sertifikatına layiq görülüb. Mükafat Böyük Britaniyanın Sertifikatlı Maliyyə Menecerləri İnstitutunun rəhbəri cənab Garry Karter tərəfindən London şəhərində keçirilən “8th LUCA AWARD 2017” Təntənəli Təqdimat Mərasimində təqdim olunub. Ənənəvi olaraq ICFM tərəfindən hər il dekabr ayında keçirilən bu tədbirdə dünyanın bir çox ölkələrinin qabaqcıl mühasib və maliyyə institutlarının, iri şirkətlərinin nümayəndələri, maliyyə, audit, mühasibatlıq sahəsində çalışan peşəkar mütəxəssislər və diplomatik nümayəndələr iştirak edir. Qeyd edək ki, bu institut Kent əyalətinin şahzadəsi Mayklın patronajı altında fəaliyyət göstərir.
Oktay Məmmədovu “Best Financial Manager 2017” - 2017-ci ilin ən yaxşı maliyyə meneceri sertifikatına layiq görüldüyü üçün təbrik edir və növbəti ildə yeni uğurlar arzu edirik.