Xəbərlər
BANM HİK-in sədri beynəlxalq seminarda iştirak edib
Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Gənclər Şurasının sədri, Bakı Ali Neft Məktəbinin (BANM) Həmkarlar İttifaqı Komitəsinin sədri, Tələbələrlə iş şöbəsinin rəisi Həbibə Sadıqlı 15-19 may 2016-cı il tarixlərində Gürcüstanın Tiflis şəhərində Pan Avropa Regional Şurasının “Qlobal Təşkilatlanma Akademiyası” layihəsi çərçivəsində həmkarlar ittifaqlarının gənc fəalları üçün təşkil olunan “Həmkarlar İttifaqlarında gənclərin təşkilatlanması” adlı beynəlxalq seminarda iştirak edib.
Seminarda iştirakçılara liderlik keyfiyyətləri, əmək şəraitinin təkmilləşməsi, peşəkarlıq meyarları, təşkilatçılıqda müasir metodika, həmkarlar ittifaqlarında gənclərin təşkilatlanması və digər istiqamətlər barədə geniş məlumat verilib.
Seminar çərçivəsində bir sıra görüşlər və müxtəlif müəssisələrə səfərlər təşkil edilib. Ümumilikdə seminarda 15-dən çox ölkədən 25 nəfərə yaxın nümayəndə iştirak edib