Xəbərlər
BANM THİK-nin hesabat-seçki konfransı keçirilib
Bakı Ali Neft Məktəbinin (BANM) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) hesabat-seçki konfransı keçirilib. Konfransda BANM-in rektoru Elmar Qasımov, Ümumi işlər üzrə prorektor Rəşad Həsənov, BANM HİK sədri, Tələbələrlə iş şöbəsinin rəisi Həbibə Sadıqlı və tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan rektor BANM Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətindən, əhəmiyyətindən və tələbələrin Komitənin işindəki rolundan danışıb. Rektor tələbələri maraqlandıran sualları cavablandırıb və yeni seçiləcək heyətə xoş arzularını çatdırıb. BANM THİK-ə ötən hesabat dövründə sədrlik etmiş “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Rəvan Adilov hesabat çıxışı edərək yeni heyət üzvlərinin təkliflərini verib.
Konfransda BANM THİK-in ötən dövrü üzrə hesabatına müəyyən irad və təkliflər bildirilərək yekunda hesabat ümumilikdə məqbul hesab edilib. Çıxışlardan sonra “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsil alan II kurs tələbəsi Rəşid Əliyev səsvermə yolu ilə BANM THİK-nin yeni sədri seçilib.
Sonda Rəşid Əliyev və Komitənin yeni üzvləri gələcək fəaliyyət planları haqqında məlumat veriblər.