Xəbərlər

BANM tələbələri “BCG FutureHER Talent Program 2025”ə seçilib

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının V kurs tələbələri Lalə Ələkbərova və Dəniz Əliyeva “BCG FutureHER Talent Program 2025”ə seçilib.

Proqram Azərbaycanda qadınları dəstəkləmək və onların məsləhətçilik sahəsində inkişafına töhfə vermək məqsədi daşıyır.

Proqram boyunca onlar:

  • BCG ekspertlərindən mentorluq alacaq,
  • Biznes problemlərinin həlli, data analizi və müştəri yanaşması bacarıqlarını inkişaf etdirəcək,
  • Liderlik, strategiya və case-solving üzrə təcrübə qazanacaq,
  • Real iş mühitinə yaxından bələd olacaqlar.

Tələbələrimizi təbrik edir, onlara uğurlar arzulayırıq!