Xəbərlər
BANM tələbələri “BCG FutureHER Talent Program 2025”ə seçilib
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının V kurs tələbələri Lalə Ələkbərova və Dəniz Əliyeva “BCG FutureHER Talent Program 2025”ə seçilib.
Proqram Azərbaycanda qadınları dəstəkləmək və onların məsləhətçilik sahəsində inkişafına töhfə vermək məqsədi daşıyır.
Proqram boyunca onlar:
- BCG ekspertlərindən mentorluq alacaq,
- Biznes problemlərinin həlli, data analizi və müştəri yanaşması bacarıqlarını inkişaf etdirəcək,
- Liderlik, strategiya və case-solving üzrə təcrübə qazanacaq,
- Real iş mühitinə yaxından bələd olacaqlar.
Tələbələrimizi təbrik edir, onlara uğurlar arzulayırıq!