Xəbərlər

BANM ilə Atırau Neft və Qaz Universiteti arasında Əlavə Protokol imzalanıb

SOCAR-ın Bakı Ali Neft Məktəbi (BANM) ilə Qazaxıstanın Safi Utebayev adına Atırau Neft və Qaz Universiteti QSC arasında 1 avqust 2022-ci il tarixində imzalanmış Əməkdaşlıq haqqında memoranduma Əlavə Protokol imzalanıb.

İmzalanmış Əlavə Protokol çərçivəsində BANM-in kampusunda Azərbaycan-Qazaxıstan Elm və Təhsil Mərkəzi yaradılıb. Yeni mərkəz, neft-qaz sənayesi, energetika və ekologiya sahələrində elmi-tədqiqat fəaliyyəti həyata keçirəcək, həyata keçiriləcək fəaliyyətlər karbon emissiyalarının azaldılması, rəqəmsallaşma və davamlı inkişaf təşəbbüslərinin dəstəklənməsinə yönəldiləcəkdir. 

Bu təşəbbüslər sahə üzrə mütəxəssislərin inkişafını dəstəkləməklə yanaşı, iki qardaş ölkə arasına təhsil və elmi-tədqiqat sahəsində əməkdaşlığın daha da genişləməsinə xidmət edəcəkdir.