Xəbərlər
BANM-ın komandası SAF 2024 Festivalında III yeri tutub
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) “AgroWise” komandası SAF 2024 - Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalında III yeri tutub.
”Yaşıl təşəbbüslər” kateqoriyasında iştirak edən komandamızın elmi rəhbəri İnnovasiya və tədqiqatlar mərkəzinin rəisi Emiliya Əhmədovadır. Üzvləri isə Proseslərin avtomatlaşdırılması ixtisasının III və IV kurs tələbələri Aysel Rəhimli və Cəbrayıl Qasımovdur.
Bundan başqa, Ali Məktəbin “Greengineers” və “CarbonX” komandaları “Ən yaxşı mühəndis həlli” nominasiyaları üzrə mükafatla təltif olunublar.
Festival Elm və Təhsil Nazirliyi və COP29 Sədrliyinin dəstəyi, “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə keçirilib.