Xəbərlər

SOCAR-ın Bakı Ali Neft Məktəbi 2023-cü il üçün fəlsəfə doktoru proqramı üzrə aşağıdakı ixtisaslara qəbul elan edir

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti

Bakı Ali Neft Məktəbi

2023-cü il üçün fəlsəfə doktoru proqramı üzrə aşağıdakı ixtisaslara qəbul elan edir:

Elm sahələri və ixtisaslar 

İxtisasın şifri

Cəmi

Dövlət sifarişli

əyani

qiyabi

Yer elmləri:

25

 

 

 

Neft və qaz yataqlarının işlənməsi və istismarı

2525.01

2

1

1

Texniki elmlər:

33

 

 

 

Kimya texnologiyası və mühəndisliyi

3303.01

2

-

2

Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (sahələr üzrə)

3338.01

1

-

1

 

Qəbul qaydaları

 

  1. Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmaqla “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçərək təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər. 
  2. Doktoranturaya sənəd qəbulu may ayının 16-da 23.59-da bitəcək.
  3. Portaldan qeydiyyatdan keçməyən və imtahana buraxılış statusu almayanların adı xarici dil imtahanında iştirak üçün Dövlət İmtahan Mərkəzinə (bundan sonra - DİM) göndərilməyəcəkdir.

 

Qəbul şərtləri

 

  1. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş plan üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.
  2. Doktoranturaya qəbul olmaq istəyən namizədlər xarici dildən (ingilis, alman və fransız dillərindən biri üzrə), fəlsəfədən (ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində) və ixtisas fənnindən qəbul imtahanları verirlər.
  3. Xarici dil üzrə imtahan DİM tərəfindən keçirilir. Xarici dil üzrə imtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı DİM tərəfindən müəyyənləşdirilir. Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi DİM tərəfindən müəyyənləşdirilir.
  4. Xarici dildən imtahanda iştirak etməyənlər fəlsəfə üzrə imtahana, fəlsəfə üzrə imtahanda iştirak etməyənlər isə ixtisas fənnindən imtahana buraxılmırlar.
  5. Xarici dil üzrə DİM tərəfindən iyun ayında keçiriləcək imtahanda keçid balını toplayan şəxslər sentyabr ayında keçiriləcək fəlsəfə fənnindən imtahana buraxılacaqlar.
  6. Fəlsəfə fənni üzrə imtahan Bakı Ali Neft Məktəbində keçirilir. İmtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir.

Sənəd qəbulu

 

  1. Doktoranturaya qəbul olunanların sənədləri müsabiqə prosesinin yekunlaşdığı tarixdən etibarən bir həftə ərzində BANM-in Bibiheybət korpusunda (Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu 3-cü km) 382-ci otaqda, həftənin I-V günləri saat 9.00–17.00-a kimi qəbul edilir.
  2. Aşağıdakı sənədlər təqdim edilir:
  • Rektorun adına ərizə;
  • Kadrların şəxsi-qeydiyyat vərəqi;
  • Tərcümeyi-hal;
  • 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
  • İş yerindən xasiyyətnamə;
  • İş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
  • Çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
  • Referat doktoranturaya sənəd təqdim etmiş şəxsin seçdiyi ixtisasa uyğun olmalı, müvafiq elmi problemlərin ətraflı təhlilini özündə cəmləşdirməli, tədqiqatçının elmi axtarışlarının nəticələrini əks etdirməlidir.
  • Ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması barədə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamə);
  • Şəxsiyyəti təsdiq edən sənədin surəti.

 

Əlavə məlumat almaq istəyən şəxslər BANM-in Tədris metodiki şöbəsinə (Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu 3-cü km, 382-ci otaq, tel: 050 843-30-72) müraciət edə bilərlər.