Xəbərlər
Bakı Ali Neft Məktəbinin tələbələri “Beynəlxalq STEAM Azərbaycan Festivalı 2022”nin qalibi olublar
Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən “Beynəlxalq STEAM Azərbaycan Festivalı 2022”nin qalibləri sırasındadırlar. Ali Məktəbin tələbələrindən ibarət “Codeex” və “DaVinçi” komandaları Festivalın "Hackathon" (universitet) kateqoriyası üzrə mükafatlandırılıblar.
“DaVinçi” komandası ümumi yarış üzrə II, “Codeex” komandası IV yerə layiq görülüb. Eyni zamanda “Enerji nominasiyası” üzrə “Codeex” komandası I yeri qazanıb.
- “Codeex” komandası:
- Cəmilə Əbilova - məsləhətçi, Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının 4-cü kurs tələbəsi
- Emil Hüseynli – Neft-qaz mühəndisliyi ixtisasının 3-cü kurs tələbəsi
- Malik Sultanov – Neft-qaz mühəndisliyi ixtisasının 3-cü kurs tələbəsi
- Nəsib Həbibov - Kompüter mühəndisliyi ixtisasının 1-ci kurs tələbəsi
- “DaVinçi” komandası:
- Elmar Əsgərzadə - məsləhətçi, BANM-in İnnovasiya və tədqiqatlar mərkəzinin əməkdaşı
- Mehriban Bağırova - Kimya mühəndisliyi ixtisasının 1-ci kurs tələbəsi
- Şəhriyar Eminzadə - Kimya mühəndisliyi ixtisasının 1-ci kurs tələbəsi
- Cavid İsmayılov - İnformasiya təhlükəsizliyi ixtisasının 1-ci kurs tələbəsi
Eyni zamanda, "Hackathon"kateqoriyası üzrə III yerə layiq görülən komandada BANM-in Kompüter mühəndisliyi ixtisasının II kurs tələbəsi Sahib Rzayev təmsil olunur.
Qeyd edək ki, SAF 2022-də 43 komanda I, 102 komanda II, 108 komanda isə III yerə layiq görülüb. SAF 2022-yə ümumilikdə 350 komandadan 1500-dək iştirakçı qatılıb. Onlardan 127-si xarici ölkə, 1300-ü isə yerli iştirakçı olub. Əcnəbi iştirakçılar Türkiyə, Böyük Britaniya, İsveç, Estoniya, Özbəkistan, Qazaxıstan və Türkmənistanı təmsil ediblər.