Xəbərlər
Bakı Ali Neft Məktəbinin bir qrup əməkdaşı təltif olunub
Bakı Ali Neft Məktəbinin (BANM) 10 illik yubileyi münasibətilə Ali Məktəbin bir qrup əməkdaşı müxtəlif mükafatlarla təltif edilib. Əməkdaşlar SOCAR-ın, Təhsil Nazirliyinin və Bakı Ali Neft Məktəbinin mükafatlarına layiq görülüblər.
SOCAR-ın prezidenti Rövnəq Abdullayevin əmri ilə BANM-in rektoru Elmar Qasımov və Neft-qaz mühəndisliyi kafedrasının professoru Siyavuş Azakov SOCAR-ın “Fəxri neftçi” Döş nişanı ilə təltif olunublar.
Ali Məktəbin kampusunda mükafatların təqdimolunma mərasimi keçirilib.Tədbiri giriş nitqi ilə açan rektor Elmar Qasımov təltif olunan əməkdaşları təbrik edib və onlara uğurlar arzulayıb. O vurğulayıb ki, Ali Məktəbin 10 ildə qazandığı nailiyyətlər professor-müəllim heyəti və bütün əməkdaşların böyük zəhməti, fədakar əməyi sayəsində olub: “BANM-in 10 illik fəaliyyəti böyük bir uğur hekayəsidir. Bu müddətdə qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olunub, öhdəliklər yerinə yetirilib. Biz 10 il ərzində böyük bir ailəyə çevrilmişik. Bu ailənin hər bir üzvünün əldə olunan nailiyyətlərdə öz payı var. Bakı Ali Neft Məktəbinin kollektivi nümunəvidir. Burada müəllim-tələbə, tələbə-əməkdaş, əməkdaş-müəllim və onlarla rəhbərlik arasında diqqət, qayğı və ehtiram var. Hər kəs vətənimiz, xalqımız, millətimiz üçün yüksəkixtisaslı, ingilisdilli kadr, layiqli vətəndaş hazırlamaq yolunda yorulmadan çalışır. BANM 10 illik fəaliyyətində cənab Prezident İlham Əliyevin, SOCAR rəhbərliyinin, valideynlərin, tələbələrin, ümumilikdə cəmiyyətin etimadını ləyaqətlə doğrultmağı bacardı. Bundan sonrakı fəaliyyətimizdə də nümunəvi gənclər yetişdirmək vəzifəsini yüksək səviyyədə yerinə yetirmək yolunda daha böyük səylə çalışmalı, əzmlə irəliləməliyik”.
Rektor, həmçinin dünyasını dəyişən Ali Məktəbin əməkdaşlarını rəhmətlə anaraq xatirələrini yad edib.
Sonra Elmar Qasımov təltif olunan əməkdaşlara mükafatları təqdim edib.
Qeyd edək ki, Bakı Ali Neft Məktəbinin 10 illik yubileyi münasibətilə Ali Məktəbin 13 nəfər əməkdaşı SOCAR-ın “Fəxri Fərmanı”, təhsil naziri Emin Əmrullayev tərəfindən 5 əməkdaş “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı, 11 əməkdaş isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə mükafatlandırılıb.
Ali Məktəbin rektoru Elmar Qasımov tərəfindən 14 əməkdaş BANM-in “Fəxri Fərmanı”, 41 əməkdaş və xidməti müqavilə əsasında çalışan 15 müəllim də “Təşəkkürnamə” ilə təltif edilib.
Mərasimdə, həmçinin akademik Xoşbəxt Yusifzadə adına tələbə təqaüdünü qazanmış Neft-qaz mühəndisliyi ixtisasının 2 tələbəsinə də mükafatlar təqdim olunub.
Tədbirdə çıxış edən Neft-qaz mühəndisliyi kafedrasının professorları Fuad Vəliyev və Siyavuş Azakov, eləcə də kafedranın dosenti Xanum Cəfərova, Tədris və elmi işlər üzrə prorektoru Zəfər Qurbanov, Beynəlxalq əlaqələr şöbəsinin rəisi Könül Məhərrəmova, Mühəndislik fakultəsinin dekan müavini Rima Quliyeva, həmçinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının müəllimi Orxan Quliyev onların əməyinə verilən yüksək qiymətə görə təşəkkür edərək, bundan sonrakı fəaliyyətlərində də səylə və əzmlə çalışacaqlarını bildiriblər.









Bakı Ali Neft Məktəbinin yaranmasının 10 illiyi münasibətilə SOCAR-ın prezidenti cənab Rövnəq Abdullayev tərəfindən təltif olunan əməkdaşların siyahısı
- Qasımov Elmar Eldar oğlu “Fəxri neftçi” Döş nişanı
- Azakov Siyavuş İsfəndiyar oğlu “Fəxri neftçi” Döş nişanı
- Vəliyev Fuad Həsən oğlu SOCAR-ın Fəxri Fərmanı
- Cəfərova Xanum Valeh qızı SOCAR-ın Fəxri Fərmanı
- Qocayev Asif Süleyman oğlu SOCAR-ın Fəxri Fərmanı
- Musayeva Samirə Əli qızı SOCAR-ın Fəxri Fərmanı
- Məhərrəmova Könül Yolçu qızı SOCAR-ın Fəxri Fərmanı
- Qurbanov Natiq Bağı oğlu SOCAR-ın Fəxri Fərmanı
- Səlimova Rəsmiyyə Məmməd Hüseyn qızı SOCAR-ın Fəxri Fərmanı
- Rzaquliyeva Validə Sədullaqızı SOCAR-ın Fəxri Fərmanı
- Qurbanova Leyla İmanverdi qızı SOCAR-ın Fəxri Fərmanı
- Yusifova Simuzər İsmayıl qızı SOCAR-ın Fəxri Fərmanı
- Zərgərova Sevda Hüseyn qızı SOCAR-ın Fəxri Fərmanı
- Nəcəfquliyev Rasim Nazim oğlu SOCAR-ın Fəxri Fərmanı
- Abdullayev Ağasəf Vasif oğlu SOCAR-ın Fəxri Fərmanı
Bakı Ali Neft Məktəbinin yaranmasının 10 illiyi münasibətilə təhsil naziri cənab Emin Əmrullayev tərəfindən təltif olunan əməkdaşların siyahısı
- Qurbanov Zəfər Qəzənfər oğlu “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” Döş nişanı
- Allahverdiyeva Nailə Rizvan qızı “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” Döş nişanı
- Muradxanlı Leyla Qəzənfər qızı “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” Döş nişanı
- Şahverdiyev Ələmdar Əli oğlu “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” Döş nişanı
- Kuvşinov Pyotr Anatolyeviç “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” Döş nişanı
- Rzayev Oktay Ələkbər oğlu “Azərbaycan Respublikası Təhsil Nazirliyinin” Fəxri Fərmanı
- Məmmədov Babək Söhrab oğlu “Azərbaycan Respublikası Təhsil Nazirliyinin” Fəxri Fərmanı
- Məhərrəmova Könül Yolçu qızı “Azərbaycan Respublikası Təhsil Nazirliyinin” Fəxri Fərmanı
- Quliyeva Rima Asəf qızı “Azərbaycan Respublikası Təhsil Nazirliyinin” Fəxri Fərmanı
- Abbasova Rəna Fridunovna “Azərbaycan Respublikası Təhsil Nazirliyinin” Fəxri Fərmanı
- Budaqov Rövşən Tahir oğlu “Azərbaycan Respublikası Təhsil Nazirliyinin” Fəxri Fərmanı
- Kazımov Sahib Şamil oğlu “Azərbaycan Respublikası Təhsil Nazirliyinin” Fəxri Fərmanı
- Cavadova Nuranə Məhəmməd qızı “Azərbaycan Respublikası Təhsil Nazirliyinin” Fəxri Fərmanı
- Hüseynova Səbinə Musa qızı “Azərbaycan Respublikası Təhsil Nazirliyinin” Fəxri Fərmanı
- Tarverdiyeva Nərgiz İlham qızı “Azərbaycan Respublikası Təhsil Nazirliyinin” Fəxri Fərmanı
- Məmmədov Şəhriyar Zahir oğlu “Azərbaycan Respublikası Təhsil Nazirliyinin” Fəxri Fərmanı
Bakı Ali Neft Məktəbinin yaranmasının 10 illiyi münasibətilə rektor cənab Elmar Qasımov tərəfindən təltif olunan əməkdaşların siyahısı
- İsmayılov Xəlil Abbas oğlu BANM-in Fəxri Fərmanı
- Qarayeva Nərminə Tofiq qızı BANM-in Fəxri Fərmanı
- Əliyev Elçin Sabir oğlu BANM-in Fəxri Fərmanı
- Quliyev Murad Tofiq oğlu BANM-in Fəxri Fərmanı
- Cəfərova Turan Tofiq qızı BANM-in Fəxri Fərmanı
- Süleyman Zöhrab Elçin oğlu BANM-in Fəxri Fərmanı
- Məlik Samin Telman oğlu BANM-in Fəxri Fərmanı
- Sultanov Nəsir Ramiz oğlu BANM-in Fəxri Fərmanı
- Nadirov Rauf Sultan oğlu BANM-in Fəxri Fərmanı
- Hidayətli Güldənə Şahin qızı BANM-in Fəxri Fərmanı
- İmanova Əliyeva Bağçagül İman qızı BANM-in Fəxri Fərmanı
- Əliyev Elvin Elşad oğlu BANM-in Fəxri Fərmanı
- Məsiyev Xəyyam Hüseyn oğlu BANM-in Fəxri Fərmanı
- Məmmədov Sahib Şükür oğlu BANM-in Fəxri Fərmanı
- Rzayev Oktay Ələkbər oğlu “Təşəkkür” elan edilib
- Məmmədov Babək Söhrab oğlu “Təşəkkür” elan edilib
- İsmayılov Rahib Sərdar oğlu “Təşəkkür” elan edilib
- Qurbanlı Türkan Bayraməli qızı “Təşəkkür” elan edilib
- Səlimov Elsevər Elxan oğlu “Təşəkkür” elan edilib
- Əliyeva Xəyalə Natiq qızı “Təşəkkür” elan edilib
- Cəfərova Həmidə Rövşən qızı “Təşəkkür” elan edilib
- Əskərova Cəmilə Əhəd qızı “Təşəkkür” elan edilib
- Babayev Aqşin Kamal oğlu “Təşəkkür” elan edilib
- Əhmədova Nərmin Zülfi qızı “Təşəkkür” elan edilib
- Nəsibli Turan Mehman qızı “Təşəkkür” elan edilib
- Qurbanov Elmir Yaşar oğlu “Təşəkkür” elan edilib
- İmanova Nahidə Mahmud qızı “Təşəkkür” elan edilib
- Haqverdi Türkan Yavər qızı “Təşəkkür” elan edilib
- Süleymanzadə Süleyman Nicat oğlu “Təşəkkür” elan edilib
- Şərifov Məhəmməd Həmid oğlu “Təşəkkür” elan edilib
- Mirhəsənov Tahir Mirhəsən oğlu “Təşəkkür” elan edilib
- Namazov Asim Tahir oğlu “Təşəkkür” elan edilib
- Şükürov Ramil Ramiz oğlu “Təşəkkür” elan edilib
- Musayeva Aygül İlham qızı “Təşəkkür” elan edilib
- Vakshouri Amir Reza “Təşəkkür” elan edilib
- Həmidova Elmira Akif qızı “Təşəkkür” elan edilib
- Səmədova Natəvan Elçin qızı “Təşəkkür” elan edilib
- Bayramova İlahə Vilayət qızı “Təşəkkür” elan edilib
- Əsgərzadə Elmar Etibar oğlu “Təşəkkür” elan edilib
- Cəfərova Nərmin Elçin qızı “Təşəkkür” elan edilib
- Zeynalov Qəşəm Əziz oğlu “Təşəkkür” elan edilib
- Aslanova Aidə Ramiz qızı “Təşəkkür” elan edilib
- Cabbarzadə Gülşən Qılman qızı “Təşəkkür” elan edilib
- Aslanlı Emil Əflan oğlu “Təşəkkür” elan edilib
- Əliyeva Leyla Fikrət qızı “Təşəkkür” elan edilib
- Rəhimli Seyran Səhrəddin oğlu “Təşəkkür” elan edilib
- Məhərrəmov İftixar Məhərrəm oğlu “Təşəkkür” elan edilib
- Nuruşov Vüqar Cəfər oğlu “Təşəkkür” elan edilib
- İbadova Nüşabə Paşa qızı “Təşəkkür” elan edilib
- Səlimova Nuranə Kəramət qızı “Təşəkkür” elan edilib
- Şirinova Nabad Nuralı qızı “Təşəkkür” elan edilib
- Orucova Xanım Qasım qızı “Təşəkkür” elan edilib
- Musayeva Gülcahan Abdulməcid qızı “Təşəkkür” elan edilib
- Rəhimova Sevil Şeyix qızı “Təşəkkür” elan edilib
- Bayramova Xalidə Hacı qızı “Təşəkkür” elan edilib
Bakı Ali Neft Məktəbinin yaranmasının 10 illiyi münasibətilə rektor cənab Elmar Qasımov tərəfindən təltif olunan xidmət müqaviləsi əsasında çalışan müəllimlərin siyahısı
- Mikayılov Elsevər Oktay oğlu “Təşəkkür” elan edilib
- Mənəfli Leyla Ramiz qızı “Təşəkkür” elan edilib
- Rəhimov Elşən Rasif oğlu “Təşəkkür” elan edilib
- Məhərrəmov Qoşqar İlqar oğlu “Təşəkkür” elan edilib
- Kərimli Rəvan Ceyhun oğlu “Təşəkkür” elan edilib
- Vəliyev Samir Ələmşah oğlu “Təşəkkür” elan edilib
- Quliyev Orxan Madar oğlu “Təşəkkür” elan edilib
- Əliyev Orxan Firdovsi oğlu “Təşəkkür” elan edilib
- Dadaşov Kamal Bəhram oğlu “Təşəkkür” elan edilib
- Niccolò Heilpern “Təşəkkür” elan edilib
- İlyas Emin Firudin oğlu “Təşəkkür” elan edilib
- Mürsəlzadə Ziya Məhəmmədəli oğlu “Təşəkkür” elan edilib
- Musayev Elmir Əhmədoviç “Təşəkkür” elan edilib
- Məmmədov Emil Alim oğlu “Təşəkkür” elan edilib
- Kərimov Fuad Ələkbər oğlu “Təşəkkür” elan edilib