Xəbərlər

Bakı Ali Neft Məktəbinin bir qrup əməkdaşı təltif olunub

Bakı Ali Neft Məktəbinin (BANM) 10 illik yubileyi münasibətilə Ali Məktəbin bir qrup əməkdaşı müxtəlif mükafatlarla təltif edilib. Əməkdaşlar SOCAR-ın, Təhsil Nazirliyinin və Bakı Ali Neft Məktəbinin mükafatlarına layiq görülüblər.

SOCAR-ın prezidenti Rövnəq Abdullayevin əmri ilə BANM-in rektoru Elmar Qasımov və Neft-qaz mühəndisliyi kafedrasının professoru Siyavuş Azakov SOCAR-ın “Fəxri neftçi” Döş nişanı ilə təltif olunublar.

Ali Məktəbin kampusunda mükafatların təqdimolunma mərasimi keçirilib.Tədbiri giriş nitqi ilə açan rektor Elmar Qasımov təltif olunan əməkdaşları təbrik edib və onlara uğurlar arzulayıb. O vurğulayıb ki, Ali Məktəbin 10 ildə qazandığı nailiyyətlər professor-müəllim heyəti və bütün əməkdaşların böyük zəhməti, fədakar əməyi sayəsində olub: “BANM-in 10 illik fəaliyyəti böyük bir uğur hekayəsidir. Bu müddətdə qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olunub, öhdəliklər yerinə yetirilib.  Biz 10 il ərzində böyük bir ailəyə çevrilmişik. Bu ailənin hər bir üzvünün əldə olunan nailiyyətlərdə öz payı var. Bakı Ali Neft Məktəbinin kollektivi nümunəvidir. Burada müəllim-tələbə, tələbə-əməkdaş, əməkdaş-müəllim və onlarla rəhbərlik arasında diqqət, qayğı və ehtiram var. Hər kəs vətənimiz, xalqımız, millətimiz üçün yüksəkixtisaslı, ingilisdilli kadr, layiqli vətəndaş hazırlamaq yolunda yorulmadan çalışır. BANM 10 illik fəaliyyətində cənab Prezident İlham Əliyevin, SOCAR rəhbərliyinin, valideynlərin, tələbələrin, ümumilikdə cəmiyyətin etimadını ləyaqətlə doğrultmağı bacardı. Bundan sonrakı fəaliyyətimizdə də nümunəvi gənclər yetişdirmək vəzifəsini yüksək səviyyədə yerinə yetirmək yolunda daha böyük səylə çalışmalı, əzmlə irəliləməliyik”.

Rektor, həmçinin dünyasını dəyişən Ali Məktəbin əməkdaşlarını rəhmətlə anaraq xatirələrini yad edib.

Sonra Elmar Qasımov təltif olunan əməkdaşlara mükafatları təqdim edib.

Qeyd edək ki, Bakı Ali Neft Məktəbinin 10 illik yubileyi münasibətilə Ali Məktəbin 13 nəfər əməkdaşı SOCAR-ın “Fəxri Fərmanı”, təhsil naziri Emin Əmrullayev tərəfindən 5 əməkdaş “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı, 11 əməkdaş isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə mükafatlandırılıb.

Ali Məktəbin rektoru Elmar Qasımov tərəfindən 14 əməkdaş BANM-in “Fəxri Fərmanı”, 41 əməkdaş və xidməti müqavilə əsasında çalışan 15 müəllim də “Təşəkkürnamə” ilə təltif edilib.

Mərasimdə, həmçinin akademik Xoşbəxt Yusifzadə adına tələbə təqaüdünü qazanmış Neft-qaz mühəndisliyi ixtisasının 2 tələbəsinə də mükafatlar təqdim olunub. 

Tədbirdə çıxış edən Neft-qaz mühəndisliyi kafedrasının professorları Fuad Vəliyev və Siyavuş Azakov, eləcə də kafedranın dosenti Xanum Cəfərova, Tədris və elmi işlər üzrə prorektoru Zəfər Qurbanov, Beynəlxalq əlaqələr şöbəsinin rəisi Könül Məhərrəmova, Mühəndislik fakultəsinin dekan müavini Rima Quliyeva, həmçinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının müəllimi Orxan Quliyev onların əməyinə verilən yüksək qiymətə görə təşəkkür edərək, bundan sonrakı fəaliyyətlərində də səylə və əzmlə çalışacaqlarını bildiriblər.

Bakı Ali Neft Məktəbinin yaranmasının 10 illiyi münasibətilə  SOCAR-ın prezidenti cənab Rövnəq Abdullayev  tərəfindən  təltif olunan əməkdaşların siyahısı

  1. Qasımov Elmar Eldar oğlu                                                     “Fəxri neftçi”  Döş nişanı
  2. Azakov Siyavuş İsfəndiyar oğlu                                             “Fəxri neftçi”  Döş nişanı
  3. Vəliyev Fuad Həsən oğlu                                                       SOCAR-ın Fəxri Fərmanı
  4. Cəfərova Xanum Valeh qızı                                                   SOCAR-ın Fəxri Fərmanı
  5. Qocayev Asif Süleyman oğlu                                                 SOCAR-ın Fəxri Fərmanı
  6. Musayeva Samirə Əli qızı                                                      SOCAR-ın Fəxri Fərmanı
  7. Məhərrəmova Könül Yolçu qızı                                             SOCAR-ın Fəxri Fərmanı
  8. Qurbanov Natiq Bağı oğlu                                                     SOCAR-ın Fəxri Fərmanı
  9. Səlimova Rəsmiyyə Məmməd Hüseyn qızı                         SOCAR-ın Fəxri Fərmanı
  10. Rzaquliyeva Validə Sədullaqızı                                              SOCAR-ın Fəxri Fərmanı
  11. Qurbanova Leyla İmanverdi qızı                                           SOCAR-ın Fəxri Fərmanı
  12. Yusifova Simuzər İsmayıl qızı                                                SOCAR-ın Fəxri Fərmanı
  13. Zərgərova Sevda Hüseyn qızı                                                SOCAR-ın Fəxri Fərmanı
  14. Nəcəfquliyev Rasim Nazim oğlu                                            SOCAR-ın Fəxri Fərmanı
  15. Abdullayev Ağasəf Vasif oğlu                                                 SOCAR-ın Fəxri Fərmanı

 

Bakı Ali Neft Məktəbinin yaranmasının 10 illiyi münasibətilə  təhsil naziri cənab Emin Əmrullayev  tərəfindən  təltif olunan əməkdaşların siyahısı

  1. Qurbanov Zəfər Qəzənfər oğlu                “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” Döş nişanı
  2. Allahverdiyeva Nailə Rizvan qızı              “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” Döş nişanı
  3. Muradxanlı Leyla Qəzənfər qızı               “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” Döş nişanı
  4. Şahverdiyev Ələmdar Əli oğlu                  “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” Döş nişanı
  5. Kuvşinov Pyotr Anatolyeviç                      “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” Döş nişanı
  6. Rzayev Oktay Ələkbər oğlu                     “Azərbaycan Respublikası Təhsil Nazirliyinin” Fəxri Fərmanı 
  7. Məmmədov Babək Söhrab oğlu              “Azərbaycan Respublikası Təhsil Nazirliyinin” Fəxri Fərmanı 
  8. Məhərrəmova Könül Yolçu qızı               “Azərbaycan Respublikası Təhsil Nazirliyinin” Fəxri Fərmanı 
  9. Quliyeva Rima Asəf qızı                           “Azərbaycan Respublikası Təhsil Nazirliyinin” Fəxri Fərmanı 
  10. Abbasova Rəna Fridunovna                    “Azərbaycan Respublikası Təhsil Nazirliyinin” Fəxri Fərmanı 
  11. Budaqov Rövşən Tahir oğlu                     “Azərbaycan Respublikası Təhsil Nazirliyinin” Fəxri Fərmanı 
  12. Kazımov Sahib Şamil oğlu                       “Azərbaycan Respublikası Təhsil Nazirliyinin” Fəxri Fərmanı 
  13. Cavadova Nuranə Məhəmməd qızı        “Azərbaycan Respublikası Təhsil Nazirliyinin” Fəxri Fərmanı 
  14. Hüseynova Səbinə Musa qızı                  “Azərbaycan Respublikası Təhsil Nazirliyinin” Fəxri Fərmanı 
  15. Tarverdiyeva Nərgiz İlham qızı                “Azərbaycan Respublikası Təhsil Nazirliyinin” Fəxri Fərmanı 
  16. Məmmədov Şəhriyar Zahir oğlu              “Azərbaycan Respublikası Təhsil Nazirliyinin” Fəxri Fərmanı 

 

Bakı Ali Neft Məktəbinin yaranmasının 10 illiyi münasibətilə  rektor cənab Elmar Qasımov tərəfindən təltif olunan əməkdaşların siyahısı

  1. İsmayılov Xəlil Abbas oğlu                                                  BANM-in Fəxri Fərmanı
  2. Qarayeva Nərminə Tofiq qızı                                              BANM-in Fəxri Fərmanı
  3. Əliyev Elçin Sabir oğlu                                                        BANM-in Fəxri Fərmanı
  4. Quliyev Murad Tofiq oğlu                                                    BANM-in Fəxri Fərmanı
  5. Cəfərova Turan Tofiq qızı                                                   BANM-in Fəxri Fərmanı
  6. Süleyman Zöhrab Elçin oğlu                                              BANM-in Fəxri Fərmanı
  7. Məlik Samin Telman oğlu                                                   BANM-in Fəxri Fərmanı
  8. Sultanov Nəsir Ramiz oğlu                                                 BANM-in Fəxri Fərmanı
  9. Nadirov Rauf Sultan oğlu                                                   BANM-in Fəxri Fərmanı
  10. Hidayətli Güldənə Şahin qızı                                              BANM-in Fəxri Fərmanı
  11. İmanova Əliyeva Bağçagül İman qızı                                BANM-in Fəxri Fərmanı
  12. Əliyev Elvin Elşad oğlu                                                        BANM-in Fəxri Fərmanı
  13. Məsiyev Xəyyam Hüseyn oğlu                                           BANM-in Fəxri Fərmanı
  14. Məmmədov Sahib Şükür oğlu                                           BANM-in Fəxri Fərmanı
  15. Rzayev Oktay Ələkbər oğlu                                               “Təşəkkür” elan edilib
  16. Məmmədov Babək Söhrab oğlu                                       “Təşəkkür” elan edilib
  17. İsmayılov Rahib Sərdar oğlu                                             “Təşəkkür” elan edilib
  18. Qurbanlı Türkan Bayraməli qızı                                         “Təşəkkür” elan edilib
  19. Səlimov Elsevər Elxan oğlu                                                “Təşəkkür” elan edilib
  20. Əliyeva Xəyalə Natiq qızı                                                   “Təşəkkür” elan edilib
  21. Cəfərova Həmidə Rövşən qızı                                           “Təşəkkür” elan edilib
  22. Əskərova Cəmilə Əhəd qızı                                               “Təşəkkür” elan edilib
  23. Babayev Aqşin Kamal oğlu                                                “Təşəkkür” elan edilib
  24. Əhmədova Nərmin Zülfi qızı                                              “Təşəkkür” elan edilib
  25. Nəsibli Turan Mehman qızı                                                “Təşəkkür” elan edilib
  26. Qurbanov Elmir Yaşar oğlu                                                “Təşəkkür” elan edilib
  27. İmanova Nahidə Mahmud qızı                                           “Təşəkkür” elan edilib
  28. Haqverdi Türkan Yavər qızı                                                 “Təşəkkür” elan edilib
  29. Süleymanzadə Süleyman Nicat oğlu                                 “Təşəkkür” elan edilib
  30. Şərifov Məhəmməd Həmid oğlu                                        “Təşəkkür” elan edilib
  31. Mirhəsənov Tahir Mirhəsən oğlu                                       “Təşəkkür” elan edilib
  32. Namazov Asim Tahir oğlu                                                   “Təşəkkür” elan edilib
  33. Şükürov Ramil Ramiz oğlu                                                 “Təşəkkür” elan edilib
  34. Musayeva Aygül İlham qızı                                                “Təşəkkür” elan edilib
  35. Vakshouri Amir Reza                                                          “Təşəkkür” elan edilib
  36. Həmidova Elmira Akif qızı                                                  “Təşəkkür” elan edilib
  37. Səmədova Natəvan Elçin qızı                                            “Təşəkkür” elan edilib
  38. Bayramova İlahə Vilayət qızı                                              “Təşəkkür” elan edilib
  39. Əsgərzadə Elmar Etibar oğlu                                             “Təşəkkür” elan edilib
  40. Cəfərova Nərmin Elçin qızı                                                 “Təşəkkür” elan edilib
  41. Zeynalov Qəşəm Əziz oğlu                                                “Təşəkkür” elan edilib
  42. Aslanova Aidə Ramiz qızı                                                   “Təşəkkür” elan edilib
  43. Cabbarzadə Gülşən Qılman qızı                                        “Təşəkkür” elan edilib
  44. Aslanlı Emil Əflan oğlu                                                        “Təşəkkür” elan edilib
  45. Əliyeva Leyla Fikrət qızı                                                      “Təşəkkür” elan edilib
  46. Rəhimli Seyran Səhrəddin oğlu                                         “Təşəkkür” elan edilib
  47. Məhərrəmov İftixar Məhərrəm oğlu                                 “Təşəkkür” elan edilib
  48. Nuruşov Vüqar Cəfər oğlu                                                 “Təşəkkür” elan edilib
  49. İbadova Nüşabə Paşa qızı                                                  “Təşəkkür” elan edilib
  50. Səlimova Nuranə Kəramət qızı                                          “Təşəkkür” elan edilib
  51. Şirinova Nabad Nuralı qızı                                                  “Təşəkkür” elan edilib
  52. Orucova Xanım Qasım qızı                                                “Təşəkkür” elan edilib
  53. Musayeva Gülcahan Abdulməcid qızı                               “Təşəkkür” elan edilib
  54. Rəhimova Sevil Şeyix qızı                                                  “Təşəkkür” elan edilib
  55. Bayramova Xalidə Hacı qızı                                               “Təşəkkür” elan edilib 

 

Bakı Ali Neft Məktəbinin yaranmasının 10 illiyi münasibətilə  rektor cənab Elmar Qasımov tərəfindən təltif olunan  xidmət müqaviləsi əsasında çalışan  müəllimlərin siyahısı

  1. Mikayılov Elsevər Oktay oğlu                                            “Təşəkkür” elan edilib
  2. Mənəfli Leyla Ramiz qızı                                                    “Təşəkkür” elan edilib
  3. Rəhimov Elşən Rasif oğlu                                                  “Təşəkkür” elan edilib
  4. Məhərrəmov Qoşqar İlqar oğlu                                        “Təşəkkür” elan edilib
  5. Kərimli Rəvan Ceyhun oğlu                                               “Təşəkkür” elan edilib
  6. Vəliyev Samir Ələmşah oğlu                                              “Təşəkkür” elan edilib
  7. Quliyev Orxan Madar oğlu                                                 “Təşəkkür” elan edilib
  8. Əliyev Orxan Firdovsi oğlu                                                 “Təşəkkür” elan edilib
  9. Dadaşov Kamal Bəhram oğlu                                            “Təşəkkür” elan edilib
  10. Niccolò Heilpern                                                                 “Təşəkkür” elan edilib
  11. İlyas Emin Firudin oğlu                                                       “Təşəkkür” elan edilib
  12. Mürsəlzadə Ziya Məhəmmədəli oğlu                               “Təşəkkür” elan edilib
  13. Musayev Elmir Əhmədoviç                                                “Təşəkkür” elan edilib
  14. Məmmədov Emil Alim oğlu                                                “Təşəkkür” elan edilib
  15. Kərimov Fuad Ələkbər oğlu                                               “Təşəkkür” elan edilib