Magistratura
Ümumi məlumat
BANM-in Biznesin İdarə Olunması üzrə Tədris Mərkəzinin (MBA) əsas məqsədi yüksək ixtisaslı və beynəlxalq səviyyəli idarəçilər yetişdirməkdir.
MBA – Biznesin idarə olunması proqramı əsas və seçmə fənlər əsasında tərtib edilmişdir. Tədris ölkənin tanınmış idarəçiləri və müxtəlif şirkətlərin menecerləri tərəfindən həyata keçirilir. MBA ixtisası üzrə bütün tədris yalnız ingilis dilində aparılır. Proqram çərçivəsində tədris edilən əsas fənlərə büdcənin idarə edilməsi, təşkilati davranış, statistika, marketinq, strateji idarəetmə, investisiyalar, risklərin, insan resurslarının idarə olunması, mühasibat və s. daxildir. Bu fənlərdən əlavə proqrama tələbələrin müxtəlif sahələrdə biliklərini genişləndirməsi üçün öz maraqlarına uyğun seçmə fənlər də daxildir ki, bunlar da e-kommersiya, beynəlxalq biznes qanunları, beynəlxalq əlaqələr və digər bu kimi mövzuları əhatə edir. MBA proqramı üzrə təhsil alan tələbələr tədrisin son ilində akademik tədqiqat bacarıqlarının artırılması məqsədilə magistratura dissertasiyası təqdim edirlər. Bundan başqa yay ayları ərzində tələbələrə praktiki biliklərini artırmaları üçün təcrübə proqramlarında iştirak etmək imkanı da yaradılır.
Biznesin İdarə edilməsi üzrə magistratura proqramı ən son dünya standartlarına uyğun hazırlanmış innovativ və rəqabətcil bir tədris proqramı olaraq tələbələrə biznes və idarəetmənin müxtəlif sahələrini dərindən mənimsəmək, həm nəzəri, həm də praktiki biliklər əldə etmək imkanı yaradır.
Tədris sahələri
BANM-in MBA mərkəzinin əsas missiyası qlobal səviyyədə rəqabətədavamlı, yüksək səviyyəli menecerlər yetişdirməkdir. 2021-2022-ci tədris ilindən etibarən BANM-da 4 sahə üzrə MBA proqramında tədris həyata keçiriləcək.
- Biznesin təşkili və idarə edilməsi (ümumi təyinatlı)
- Biznesin təşkili və idarə edilməsi (maliyyə)
- Biznesin təşkili və idarə edilməsi (menecment)
- Biznesin təşkili və idarə edilməsi (layihələrin idarə olunması)
BANM-də MBA təhsilinin üstünlükləri
-
BANM-də MBA Proqramının üstünlükləri
Bu proqramda tələbələr menecmentin və biznesin müxtəlif sahələri üzrə bilik və bacarıqlar əldə edəcəklər.
Bakı Ali Neft Məktəbi bu bilik və bacarıqların qazanılmasında sizə öz qapılarını açır. BANM digər proqramlarda qazandığı uğurları eyni zamanda MBA proqramında da tətbiq edir. Kurslarımız olduqca praktik və əhatəlidir. MBA proqramını tədris edən şəxslər isə SOCAR və digər bu kimi iri transmilli şirkətlərdə çalışan rəhbər vəzifəli şəxsləridir.
-
Rəqabətədavamlı karyera imkanları
BANM-in karyera mərkəzi tələbə və məzunları dünyanın sürətlə inkişaf edən transmilli şirkətləri ilə əlaqələndirir. Eyni zamanda bu proqramda təhsilini tamamlamış tələbələr Beynəlxalq MBA dərəcəsinə tam yiyələnəcəklər. Tədris proqramına Strateji İdarəetmə, Marketinq, Statistika, İnvestisiya və digər fənlər daxildir. Bu akademik və praktiki bilikləri əldə edən şəxslər məşğul olduqları və ya artıq sahib olduqları biznesi daha da inkişaf etdirə biləcəklər.
-
Əlverişli (münasib) dərs qrafiki
Bakı Ali Neft Məktəbinin MBA proqramına müraciət edənlərin əksəriyyətinin müxtəlif sahələrdə çalışdıqlarını nəzərə alaraq, dərslərin həftədə 3 dəfə olmaqla, axşam saatlarında təşkil edilməsi planlaşdırılır.
-
Akademik mükəmməllik
MBA proqramı tələbələrə zəngin innovativ və praktiki biliklər vəd edir. Belə ki kurikulum və dərs vəsaitləri dünyaca tanınmış akademik heyət tərəfindən yalnız Bakı Ali Neft Məktəbi üçün hazırlanıb. Proqrama qəbul olan tələbələr öncədən xüsusi hazırlanmış dərsliklər və digər köməkçi vəsaitlərlə təmin ediləcəklər.
-
Azərbaycanın ən qabaqcıl universitetində təhsil almaq imkanı
BANM məzunların işlə təmin olunmasına görə ölkə birincisidir. Belə ki ali məktəbi bitirən məzunların 100 %-i işlə təmin olunub. Bu uğur zəngin akademik və inzibati heyətin səyi nəticəsində ərsəyə gəlib. BANM eyni nüfuzu MBA proqramı vasitəsi ilə daha da genişləndirmək niyyətindədir.
-
Geniş professional biznes əlaqələri (networking imkanları)
MBA proqramını seçən tələbələr Ali Neft Məktəbinin dünyanın tanınmış transmilli şirkətlərində çalışan məzun və müəllim şəbəkəsinə qoşulmaqla biznes əlaqələrini genişləndirmək imkanı əldə edirlər.
-
Azərbaycanın ən tanınmış mütəxəssislərindən praktiki biliklər almaq imkanı
Azərbaycanın və eləcə də, dünyanın öndə gedən qurumlarının (SOCAR, BP, dövlət təşkilatları və s.) tanınmış mütəxəssisləri və rəhbər vəzifəli şəxsləri BANM-in MBA tələbələrinə dərs demək üçün dəvət ediliblər. Bununla tələbələr yalnız nəzəri deyil, eyni zamanda real təcrübələr haqqında biliklərə də yiyələnirlər.
-
Yüksək texnoloji laboratoriyalarla təchiz olunmuş möhtəşəm kampus
MBA tələbələri BANM-in yeni tikilmiş, ən son standartlara cavab verən kampusunda yerləşən geniş şəraitdən istifadə etmək imkanı əldə edirlər. Buraya zəngin kitabxana, yüksək texnoloji laboratoriyalar, idman zalları, üzgüçülük hovuzları, oyun meydançaları və digər imkanlar daxildir.