Magistratura
Ümumi məlumat
BANM-in magistratura səviyyəsinə ilk qəbulu 2017/2018-ci tədris ilində Neft-qaz mühəndisliyi ixtisasının Yatağın qiymətləndirilməsi və idarə olunması ixtisası üzrə keçirilib. Neft-qaz mühəndisliyi ixtisası tədrisi Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramı əsasında reallaşdırılıb.
Mühəndislik sahəsi üzrə yüksək ixtisaslı, peşəkar mütəxəssis və tədqiqatçı yetişdirmək məqsədi ilə magistrantların təhlil qabiliyyətləri, problemlərin həlli və tənqidi düşüncə bacarıqları inkişaf etdirilir, Beləliklə, onlar tədqiqat təcrübəsi və elmi tədqiqat işlərinin aparılması istiqamətində yetişirlər.
Ən müasir texnologiyalarla birbaşa əlaqəli olan neft-qaz mühəndisliyi sahələrində tədqiqat təcrübəsi təşkil edilir, magistrantlar neft-qaz mühəndisliyi üzrə doktorantura istiqamətində təhsillərini davam etməyə hazırlanır.
Ali Məktəb ümumilikdə enerji sektorunda tədqiqata ehtiyac olan sahələri araşdırmaqdadır. Bu haqda həm də qeyd olunan sahədə ixtisaslaşmış bir sıra qabaqcıl şirkətlərlə danışıqlar aparılır, onlar BANM-də elmi-tədqiqat mərkəzləri və laboratoriyalarının yaradılması işində fəal iştirak edirlər.
Yatağın qiymətləndirilməsi və idarəolunması ixtisaslaşması üzrə magistratura proqramı tələbələrə neft və qaz yataqlarının işlənmə prosesinin dəqiq proqnozlaşdırılmasını təmin edəcək modellər qura bilən tədqiqatçı və geoloq-neftçi mühəndislər hazırlayır. Neft şirkətlərində yatağın işlənməsi üzrə qərarların əksəriyyəti layların kompüter modellərinin əsasında proqnozlaşdırmaya əsaslanır. Buna görə də BANM ən uğurlu proqnozları təmin edən kompüter modellərinin qurulması və idarəolunması üçün magistrantlara geologiya, geofizika və lay mühəndisliyi fənlərinin sintezinin ən səmərəli yollarının öyrədilməsini təmin edir. Bu ixtisaslaşmaların tədris proqramlarına mühazirələr, sahələrə səfər, qrup layihələri və fərdi layihələr daxildir.
Qazanılan nəticə
- Cəmiyyətin inkişafı üçün yeni biliklər yaradan, ünsiyyət quran və tətbiq edən tədqiqatlar aparmaq
- Mühəndislik, elm və riyaziyyat prinsiplərini tətbiq edərək mürəkkəb mühəndislik problemlərini müəyyənləşdirmək, formalaşdırmaq və həll etmək bacarığı
- İntizamlı komandalarda fəaliyyət göstərmək bacarığı
- Peşəkar və etik məsuliyyət anlayışı
- Effektiv ünsiyyət qurma bacarığı
- İctimai sağlamlıq, təhlükəsizlik və rifah, eləcə də qlobal, mədəni, sosial, ekoloji və iqtisadi amillər nəzərə alınmaqla müəyyən ehtiyaclara cavab verən həllər istehsal etmək üçün mühəndis biliklərini tətbiq etmək bacarığı
Laboratoriyalar
Neft-qaz mühəndisliyi ixtisasının Yatağın qiymətləndirilməsi və idarə olunması ixtisası üzrə komputer proqramları ilə təciz olunmuş laboratoriyalar fəaliyyət göstərir. Eclipse, Petrel, Python proqramlarından istifadə edərək Neft və Qaz yataqlarının tətbiqi, modelləşdirilməsi laboratoriyaları ilə təchiz edilib. Tədris proqramlarına əsasən proqramlar əsasinda laboratoriya dərsləri həmin laboratoriyalarda aparılır.
Partnyorlar
BANM-in sənaye sahələri ilə sıx əlaqələri var. Ali Məktəb həm milli, həm də beynəlxalq miqyasda işçi qüvvəsinin inkişafında əhəmiyyətli təcrübəyə malikdir.
Neft-qaz mühəndisliyi kafedrası ölkənin bir çox iri neft və qaz şirkətləri ilə fəal əməkdaşlıq yaradaraq onları təhsil proqramları üçün tədris planlarının hazırlanmasına, tələbə təcrübələrinin təşkili və məzunların işlə təmin olunmasına cəlb edir. Fakültə tələbələri Neft Mühəndisləri Cəmiyyətinin fəal üzvləridir.
SOCAR, bp, TOTAL, Halliburton, Schlumberger şirkətlərinin təcrübəli mütəxəssisləri tərəfindən müntəzəm olaraq Ali Məktəbin tələbələri üçün neftin və qazın çıxarılması, nəqli və emalı ilə əlaqəli mövzularda mühazirələr və treninqlər təşkil olunur. Şirkətlər, həmçinin Ali Məktəbin yuxarı kurslarda təhsil alan tələbələri üçün tədris ili müddətində staj proqramlarının təşkilində də iştirak edir.
Əmək bazarında hər zaman tələb olunan fakültə məzunları neft və qaz sənayesində işəgötürənlərin ehtiyaclarını uğurla qarşılayırlar.