Struktur

Tədris-metodiki şöbə

Tədris-metodiki şöbə tədris-metodiki işlərin planlaşdırılmasını, təşkilini və nəzarətini həyata keçirir. Şöbənin əsas vəzifələrinə aşağıdakılar daxildir:

  • Tədris-metodiki işin aparılması, koordinasiyası və nəzarət;
  • BANM-də həyata keçirilən mütəxəssis hazırlığı proqramları çərçivəsində tədris planlarına uyğun kafedralar üzrə dərs yükü bölgüsünün aparılması;
  • Kafedralar üzrə dərs yükünün təhsilverənlər (kafedranın professor-müəllim, köməkçi heyəti və kənardan tədrisə cəlb edilən) arasında paylanmasının təşkili və nəzarət;
  • Tədrisin təşkili ilə bağlı cari uçot və hesabat sənədlərinin hazırlanması;
  • Tədris-metodiki işlər üzrə qabaqcıl təcrübənin ümumiləşdirilməsi və yayılması;
  • Mütəxəssis hazırlığı işində fakültələrin, kafedraların və digər struktur bölmələrin fəaliyyətinin əlaqələndirilməsi;
  • Tələbə kontingentinin tədris-metodiki fəaliyyətinin tənzimlənməsi;

 

Tədris-metodiki şöbəsinin aşağıdakı funksiyaları həyata keçirir:

  • Tələbələrin tədris və ixtisas üzrə təcrübə (istehsalat, elmi-tədqiqat, pedaqoji və s.) əmrlərinin hazırlanması və təsdiqlənməsi;
  • Tədris planlarına əsasən kafedralar üzrə dərs yüklərinin həcminin hesablanması, bölgüsünə nəzarət, müvafiq əmrin hazırlanması və təsdiqlənməsi;
  • Tədris prosesinə ştatdankənar cəlb olunan mütəxəssislər ilə bağlı məsələlərin araşdırılması;
  • Yeni ixtisaslar (ixtisaslaşmalar) üzrə tədris planlarının və proqramlarının müvafiq standartlar çərçivəsində hazırlanmasına nəzarət;
  • Mövcud ixtisas (ixtisaslaşmalar) üzrə tədris planlarının və proqramlarının yenilənməsi üçün Tədris və elmi işlər üzrə prorektorla razılaşdıraraq rektora təkliflər vermək və prosesə nəzarət;
  • Semestrlər üzrə dərs cədvəllərinin tərtib edilməsinə və təsdiqinə nəzarət;
  • Hər semestr üzrə tələbələrin mənimsəmə səviyyələrinin, cari və aralıq imtahan nəticələrinin analiz edilməsi;
  • BANM-dən məzun olan tələbələrə diplomların (diplom əlavələrinin), zəruri hallarda diplomların dublikatlarının, akademik arayışların, akademik transkriptlərin hazırlanmasının təmin edilməsi;
  • Cari tələbələrə təhsil haqqında arayışların və transkriptlərin hazırlanmasının və verilməsinin təmin edilməsi;
  • Mövcud qanunvericiliyə əsasən tələbələrin bir ali təhsil müəssisəsindən digər ali təhsil müəssisəsinə köçürülməsi, akademik məzuniyyətin verilməsi, xaric və bərpa edilməsi ilə bağlı prosedurların həyata keçirilməsi;
  • BANM üzrə hər tədris ili üzrə bakalavriat, magistratura və doktorantura səviyyələrinə tələbə qəbulu ilə bağlı qəbul planının hazırlanması;
  • Hər semestr üzrə tələbələrin tədris planına uyğun fənlərin seçmələrinə, vaxtında qeydiyyatdan  keçmələrinə nəzarət və qeydiyyat nəticələrinin təhlili;
  • Tələbələrin akademik mobilliyi ilə bağlı məsələlərin yerinə yetirilməsi;
  • Tələbə məlumatlarının təhsil ilə bağlı müvafiq sistemlərə mütəmadi olaraq işlənməsi;
  • Buraxılış işlərinin mövzularının və rəhbərlərinin vaxtında təsdiq edilməsinə nəzarət;
  • Tədris imtahanlarının təşkili üçün zəruri sənədləşmə işlərinin görülməsi
  • Bakalavriat və magistratura səviyyələri üzrə təhsil alan tələbələrin yekun dövlət attestasiyasının keçirilməsinə nəzarət;
  •  Tələbələrin kursdan-kursa keçmə əmrlərinin hazırlanmasına və təsdiqlənməsinin təmini;
  • Xarici və yerli universitetlər ilə müqavilə standartları əsasında mübadilə olunan tələbələr haqqında sənədləşmə işlərinin aparılması, onların məlumatlarının BANM-in lokal sistemlərinə işlənməsinin təmin edilməsi;
  • BANM-in dövlət və beynəlxalq akkreditasiyaya hazırlıq üçün zəruri işlərin həyata keçirilməsi;
  • Dövlət İmtahan Mərkəzinin (DİM) məktublarına əsasən  bakalavriat və magistratura səviyyələri üzrə I kursa qəbul olunmuş tələbələrin əmrlərinin hazırlanması, onların BANM-in lokal sistemlərinə əlavə olunması və onlara aid şəxsi işlərinin mühafizə edilməsi;
  • Tədris-metodiki, statistik məlumatların və hesabatların hazırlanması;
  • Tədrislə əlaqədar işlərin digər şöbələrlə qarşılıqlı əlaqədə təşkil olunması;
  • Şöbələr üzrə sənədlərin arxivə təhvil verilməsinə nəzarət, əməli əhəmiyyətini itirmiş sənədlərin məhv olunmasının təşkili;
  • Şöbə üzrə kargüzarlıq işlərin yerinə yetirilməsi;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariya və yanğından mühafizə tələblərinə riayət olunmasının təmin edilməsi.

 

Əməkdaşlar