Hazırlıq kursu
Bakı Ali Neft Məktəbinin Hazırlıq proqramı tələbələrə bakalavr proqramı üçün zəruri bilikləri və bacarıqları öyrətmək məqsədi ilə təşkil edilib. Hazırlıq proqramı iki hissədən ibarətdir (İngilis dili və İnformasiya-Kommunikasiya Texnologiyaları). Əsas missiya qloballaşan dünyada Bakı Ali Neft Məktəbinin tələbələrini dünya standartlarına cavab verən, müasir dünyagörüşlü mütəxəssis kimi yetişdirmək, eyni zamanda onların ingilis dili biliklərini inkişaf etdirməkdir. Peşəkar müəllim heyəti xüsusi intensiv metodlardan istifadə etməklə bir illik proqram müddətində tələbələrə tədrisin ən yüksək səviyyədə çatdırılmasını təmin edirlər.
BANM beynəlxalq tələblərə cavab verən universitet olduğundan ingilis dilində təhsil verməklə həm yerli, həm də əcnəbi tələbələrin Ali Məktəbdə təhsil almasına şərait yaradır. Bu baxımdan tələbələrin bir sıra beynəlxalq tələbə mübadilə və təcrübə proqramlarında, layihələrdə iştirak etməsində ingilis dilinin rolu əvəzedilməzdir. İngilis dili və humanitar fənlər mərkəzi tələbələrin nəinki təhsil, o cümlədən uğurlu karyerası üçün ingilis dilini müasir interaktiv metodlarla, dövrün tələblərinə cavab verəcək standartlarda tədris edir və tələbələrə qlobal proseslərə qoşulmaqda ilk qapıları açır. Hazırlıq proqramının prioritet hədəfi 5 illik bakalavr təhsilinin ilk ilində ingilis dilinin mükəmməl səviyyədə öyrədilməsini həyata keçirməkdir.Tədris ilinin sonunda semestr sonu imtahandan ve ya digər beynəlxalq dil imtahanlarından uğurlu nəticələr əldə etmiş tələbələr ixtisasları üzrə 2-ci kursa başlaya bilərlər.
Əməkdaşlar
Bakı Ali Neft Məktəbinin Hazırlıq proqramı tələbələrə bakalavr proqramı üçün zəruri bilikləri və bacarıqları öyrətmək məqsədi ilə təşkil edilib. Peşəkar müəllim heyəti xüsusi intensiv metodlardan istifadə etməklə, bir illik proqram müddətində tələbələrə İKT-nin mühəndislikdə tətbiqini və proqramlaşdırma əsaslarını ən yüksək səviyyədə çatdırılmasını təmin edirlər.
“İnformasiya-Kommunikasiya Texnologiyalarının mühəndislikdə tətbiqi” kursu çərçivəsində tələbələr informasiya üzərində əməliyyatlar, say sistemləri, kompüterin arxitekturası, əməliyyat sistemi və ofis proqramlarını, kompüter şəbəkələri, Python proqramlaşdırma dili öyrənirlər.
Hazırlıq kurslarının tələbələri dərs materialları ilə təchiz olunurlar. Dərs materiallarına BANM müəllimləri tərəfindən hazırlanmış dərsliklər, kurslarla bağlı əlavə kitablar, təqdimatlar daxildir. Hazırlıq kurslardan başlayaraq tələbələr iri layihələrə və elmi-tədqiqat işlərində cəlb olunurlar.