Beynəlxalq Proqramlar Ofisi
Erasmus + Akademik və administrativ heyət üçün mübadilə Elanı
Erasmus + Akademik və administrativ heyət üçün mübadilə Elanı
Müraciət üçün son tarix: 23 Iyun 2023
Erasmus+ proqramı (Əsas Fəaliyyət 171) çərçivəsində Marmara Universiteti Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq edərək inzibati heyətin mobilliyi üçün 2 qrant təklif edir.
Kimlər iştirak edə bilər?
- Bakı Ali Neft Məktəbində fəaliyyət göstərən akademik və inzibati heyət
- Müraciət edənlərin dil biliklərinin kafi dərəcədə olması gözlənilir
Mobillik müddəti
Mübadilə 5 iş gününü əhatə edir (səyahət günləri xaric).
MÜRACİƏT PROSESİ
Aşağıdakı sənədləri təqdim etməlisiniz:
• CV
• Təklif məktubu (maksimum 2 səhifə) – fəaliyyət günləri üçün planınızı ifadə edir. (Təklif sənədini hazırlayarkən adıçəkilən Universitetlə bağlı kiçik araşdırma aparmaq və fəaliyyət göstərdiyiniz sahə ilə tərəfdaş universitetdəki sahənin uyğunluğunu nəzərə alaraq təklifinizi formalaşdırmaq xahiş olunur)
• Pasportun surəti
Müraciət etmək üçün linkə daxil olun: https://forms.gle/mhXv97Y35qcJwdpD6
MALİYYƏLƏŞDİRİLMƏ
Hər bir iştirakçı qalma müddətinə (günlər) uyğun olaraq yaşayış xərcləri üçün mobillik qrantı alacaq.
◦ Günlük qrant məbləği: Avro 140/gün
◦ Səyahət qrantı: Avro 275
SEÇİM KRİTERİYALARI
Namizədlər öz ixtisasları ilə bağlı təkliflərinə əsasən seçiləcək və iki Universitet arasında gələcək qarşılıqlı əməkdaşlığa töhfə verəcəklər.
- Ümumiyyətlə, Universitet tərəfindən təklif edilmiş heç bir səfərdə iştirak etməmək (+30 bal)
- Son 1 ildə Universitet tərəfindən təşkil edilmiş səfərdə iştirak etməmək (+10 bal)
- Niyyət məktubu- Müraciət edən əməkdaşın Partnyor Universitetdə olacaq fəaliyyəti ilə buradakı fəaliyyətinin uyğunluğu. Əgər akademik heyət müraciət edirsə, onların universitetdə tədris etdiyi fənlər üzrə partnyor universitetdə uyğun fənlər mövcud olmalıdır. İnzibati heyət müraciət edirsə, BANM-də fəaliyyət göstərdiyi şöbə və ya iş üzrə partnyor universitetdə uyğun department olmalıdır. (+ 40 bal)
- Universitetdəki iş təcrübəsi:
- 1-3 il arası (+2 bal)
- 3-5 il arası (+5 bal)
- 5-8 il arası (+8 bal)
- 8 ildən çox (+10 bal)
- Seçki Komitəsi tərəfindən əməkdaşın Universitetdəki iş fəaliyyətinə dair verilmiş dəyərləndirmə (+20 bal)
Müraciət üçün tələblər:
- Universitetdə minimum 6 ay iş təcrübəsinin olması
- Dil biliyinin minimum B1 səviyyəsində olması (inzibati heyət üçün tətbiq olunur)
- Səfərdən döndükdən sonar 15 iş günü ərzində aidiyyəti şöbədə və ya kafedrada təqdimat etmək
Seçki Komitəsinin üzvləri:
- Ümumi işlər üzrə prorektor
- Mühəndislik fakültəsinin dekanı
- Davamlı təhsil fakültəsinin dekanı
- Tədris-metodiki şöbənin rəhbəri
- Proqram meneceri