Doktorantura

Doktorantura pilləsi üzrə qəbul

Bakı Ali Neft Məktəbinin doktorantura pilləsinə 3 ixtisas üzrə qəbul həyata keçirilir. 

Cari il üzrə qəbul doktorantura qəbul planı aşağıda qeyd olunub. 

İxtisas Dövlət sifarişli Ödənişli
Neft və qaz yataqlarıının işlənməsi və istismarı - -
Kimya texnologiyası və mühəndisliyi - -
Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (sahələr üzrə) - -

 

Doktorantura pilləsi üzrə qəbul şərtləri belədir:

Azərbaycan Respublikasının vətəndaşları üçün:

  • Ali təhsil (magistratura səviyyəsi)
  • Müsabiqədə iştirak: Xarici Dil imtahanı (DİM tərəfindən keçirilir)
  • Fəlsəfə imtahanı
  • İxtisas fənni imtahanı

 

Xarici vətəndaşlar üçün:

  • Ali təhsil (magistratura səviyyəsi (diplom Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən nostrifikasiya olunmalıdır))
  • İELTS sertifikatı
  • Doktorantura pilləsində təhsilin müddəti əyani təhsil formatında 3 il, qiyabi təhsil formatında 4 il nəzərdə tutulub.

 

Doktoranturaya qəbul üçün tələb olunan sənədlərin siyahısı

  • ərizə (BANM-nin rektorunun adına);
  • kadrların şəxsi-qeydiyyat vərəqi (möhürlü);
  • tərcümeyi-hal;
  • 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
  • iş yerindən xasiyyətnamə (möhürlü);
  • iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
  • çap olunmuş elmi işlərin siyahısı (möhürlü) və ya seçilmiş ixtisas üzrə referat;
  • ali təhsil müəssisəsini bitirmək haqqında diplomun (və diploma əlavənin) müvafiq qaydada təsdiq edilmiş surəti  (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
  • şəxsiyyəti təsdiq edən sənədin surəti.

*Ali təhsil müəssisələrinə doktorant qəbulu üzrə e-müraciət sistemi təlimatı:

Təlimat

Ali təhsil müəssisələrinin doktorantura səviyyəsinə qəbul olmaq istəyən şəxslər ilk öncə

“portal.edu.az”  saytında qeydiyyatdan keçməlidir. Bunun üçün əsas səhifəyə daxil olaraq “Qeydiyyat” düyməsinə sıxıb uyğun səhifəyə keçid edin.

Portalda artıq qeydiyyatınız varsa, yenidən qeydiyyat keçməyinizə ehtiyac yoxdur.

Şəxsi kabinetə giriş zamanı şifrənizi unutduğunuz halda əsas səhifədən “Şifrəni unutdun?” düyməsinə klikləyin və açılan pəncərədə ilk öncə elektron poçt ünvanını daxil edin. Açılan növbəti pəncərədə mobil nömrənin son 4 rəqəmi daxil edin. Nömrəyə gələn təsdiq kodu daxil edildikdən sonra yeni şifrə təyin edilməlidir.

Sistemə daxil olduqdan sonra “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatını” xidmətini seçməli və məlumatlarınızı formaya uyğun doldurmalısınız.

Müqavilə ilə (Doktorantlar) qəbul xəttini seçməlisiniz.

Şəxsi məlumatlarınız avtomatik əks olunur. Təsdiq edirsinizsə, növbəti addımına sıxmalısınız.

Siz qeydiyyatdan keçdiyiniz zaman istifadə etdiyiniz mobil nömrə və elektron poçt şəxsi məlumatlarınızda əks olunmuşdur.

Qəbul olmaq istədiyiniz təhsil pilləsi, təhsil səviyyəsini, müəssisəni, ixtisası, təhsilalma formasını və ödəniş formasını seçməlisiniz. İxtisas şifrəsi avtomatik əks olunur.

Sənədlərinizi pdf formatında, hamısını bir səhifədə əlavə etməyiniz məsləhət görülür. Bir neçə səhifəni eyni xanaya əlavə edə bilməyəcəksiniz. Vacib sənədlər müraciət et düyməsinə sıxdıqda qırmızı rəng alır.

Müraciət et düyməsini sıxdıqda qırmızı rəng alan bütün xanalara tələb olunan sənədi əlavə etməlisiniz.

Digər sənəd xanasının yanındakı + düyməsinə sıxmaqla xana sayını artıra bilərsiniz.

Bu barədə müraciət etdiyiniz müəssisə sizə sistem və sms vasitəsilə məlumat göndərəcəkdir. Şəxsi kabinetinizi davamlı şəkildə izləməyiniz xahiş olunur.

A4 vərəqə hazırda hansı müəssisədə, hansı ixtisasda oxuduğu haqqında məlumat yazıb, sənədi skan versiyada yükləməlidir.

Məzun olduqları müəssisədən bitirmə haqqında arayış alıb, skan versiyada yükləməlidir.

Xeyr,məcburi deyil, möhürsüz yüklənə bilər.

  1. Əgər vətəndaş heç bir yerdə işləmirsə, A4 vərəqinə əlyazma və ya elektron fərq etmədən “mən heç bir yerdə işləmirəm” yazıb yükləməlidir;
  2. Əgər vətəndaş əvvəlcə işləyib hazırda işləmirsə, əmək kitabçasını iş stajı olanlar üçün əmək kitabçasından çıxarışın surəti xanasına yükləməli, xasiyyətnamə xanasına isə A4 vərəqinə əlyazma və ya elektron fərq etmədən “mən heç bir yerdə işləmirəm” yazıb yükləməlidir;
  3. Əgər  vətəndaşın əmək kitabçası yoxdursa, həm iş stajı olanlar üçün əmək kitabçasından çıxarışın surəti xanasına, həm də iş yerindən xasiyyətnamənin surəti xanasına A4 vərəqinə əlyazma və ya elektron fərq etmədən “mən heç bir yerdə işləmirəm” yazıb yükləməlidir.

Xeyr, bir müəssisədən “qəbul edilmədi” statusu almadıqca, digər müəssisəyə müraciət etmək olmaz.

Xeyr, hərbi sənəd əsas sənəd kimi tələb olunmur, lakin hər hansısa müəssisə tələb edirsə, digər sənəd kimi əlavə oluna bilər.

Xeyr, bakalavr diplomu əsas sənəd kimi tələb olunmur.

Tərcümeyi-hal həm əlyazma, həm də elektron formada yüklənə bilər. Amma mütləq imzalanmalıdır.

Sənədlər JPG, PNG, PDF hər üç formatda yüklənə bilər.