Hər bir xidmət sahəsi kimi kitabxananın da nizam-intizam qaydaları vardır. Bu qaydalardan bir neçəsini sizin diqqətinizə çatdırıram.
Kitabxana ərazisində və oxu zallarında son dərəcə səssizliyə riayət olunmalıdır, əks halda qaydanı pozan oxucu kitabxanadan kənarlaşdırıla bilər;
Kitabxana ərazisinə palto, gödəkcə kimi üst geyimləri ilə daxil olmaq arzuolunmazdır;
İtirilmiş və ya yararsız hala salınmış dərslik xarici nəşr olduqda əvəzində təqdim olunan ədəbiyyat ya onun eynisinin nüsxəsi olmalı və ya onun məbləği dəyərində vurulmuş zərər ödənilməli, yerli nəşr olduqda isə əvəzində həmin kitabın eyni nüsxəsi olmalı və ya kitabın qiymətinin 10 (on) misli həcmində ödəniş etməlidir;
Əsasnaməyə əsasən kitabxana qaydalarını kobud şəkildə pozmuş istifadəçi 3 aydan çox olmamaq şərtilə kitabxanadan istifadə etmək hüququndan məhrum edilə bilər. Həmçinin kitabxanaçı belə istifadəçidən mülkiyyətində olan kitablarını geri tələb etmək hüququna malikdir.