Bakalavriat
Dövlət İmtahan Mərkəzi ilə qəbul
Bakı Ali Neft Məktəbinə bakalavriat səviyyəsi üzrə qəbul Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlar əsasında həyata keçirilir. 2024-2025-ci akademik ili üçün BANM-ə 7 ixtisas üzrə qəbul aparılıb.
İxtisas | Dövlət sifarişli | Ödənişli |
---|---|---|
Kimya mühəndisliyi | 30 | 30 |
İnformasiya təhlükəsizliyi | 20 | 10 |
Biznesin idarə edilməsi | 20 | 30 |
Proseslərin avtomatlaşdırılması mühəndisliyi | 30 | 20 |
Kompüter mühəndisliyi | 20 | 30 |
Neft-qaz mühəndisliyi | 30 | 30 |
Kompüter elmləri | 20 | 30 |
*Yeni ixtisaslar
Minimal limit həmin il üzrə tələbələrin topladığı bal dinamikasından, qəbul planından asılıdır və növbəti ildə artıb/azala bilər.
DİM ilə Bakı Ali Neft Məktəbinə qəbul olan tələbələr qeydiyyat bitdikdən sonra aşağıdakı sənədlərlə birlikdə qeydiyyatdan keçmək üçün universitetə yaxınlaşmalıdır.
Tələbələrin ingilis dili və İKT bilikləri yoxlanılaraq “Hazırlıq ili” üçün müvafiq qrupa yerləşdirilir.
Birbaşa 2-ci kursa qəbul
Hazırlıq ili oxumadan birbaşa 2-ci kursa qəbul olmaq istəyən tələbələr aşağıdakı sənəddə qeyd olunan kriteriyalara cavab verməlidirlər:
Müsabiqədənkənar qəbul
Beynəlxalq və Respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri Bakı Ali Neft Məktəbinə müsabiqədənkənar qəbul ola bilərlər. Olimpiadaların siyahısı və müvafiq ixtisaslar, eləcə də sənəd qəbulu üzrə ətraflı məlumat Nazirlər Kabinetinin 229 nömrəli qərarında öz əksini tapıb:
*Təhsil haqqından azad olunan şəxslər aşağıdakı sənədləri təqdim etməlidilər:
Daha ətraflı