Xəbərlər
BANM-da Həmkarlar İttifaqı Komitəsinin hesabat konfransı keçirilib
Bakı Ali Neft Məktəbinin (BANM) Həmkarlar İttifaqı Komitəsini (HİK) növbəti hesabat konfransı keçirilib. Konfransı HİK-in sədri Həbibə Hacıyeva iştirakçıları salamlayaraq açıb və iclasın gündəliyini onların nəzərinə çatdırıb.
İclasda Ali Məktəbin HİK-in 03.03.2015-07.12.2017 dövrü üzrə hesabatı, həmçinin HİK-in Nəzarət Təftiş Komissiyasının eyni dövr üçün hesabatı dinlənilib və hər iki hesabat komitənin mandatları tərəfindən yekdilliklə qəbul olunub. Daha sonra komitənin yeni sədrinin, tərkibinin və yeni Nəzarət Təftiş Komitəsinin seçilməsi müzakirəyə çıxarılaraq qərarlar qəbul olunub.
Komitənin yeni tərkib üzvlərinə bu il Ali Məktəbin tələbələri də daxil edilib. Komitənin yeni sədri isə Ali Məktəbin İnzibati-təsərrüfat işləri üzrə prorektoru Oktay Rzayev seçilib.
Qeyd edək ki, Ali Məktəbdə HİK-in fəaliyyəti 3 mart 2015-ci il tarixində Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev və BANM-in rektoru Elmar Qasımovun təşəbbüsü əsasında təsis edilib.