Xəbərlər
BANM-də Gənclərin asudə vaxtının təşkili adlı tədbir keçirildi
Bakı Ali Neft Məktəbinin (BANM) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə BANM-in 1-ci kurs tələbələrinə “Gənclərin asudə vaxtının təşkili” adlı tədbir keçirilib. Tədbirdə Azərbaycanda fəaliyyət göstərən və gənclərlə çalışan təşkilatlar müxtəlif təqdimatlarla çıxış ediblər. Tədbirin başlanğıcında BANM TGT-nın sədri Kənan Sadıqov tələbələrə öz könüllü sosial fəaliyyəti haqqında məlumat verib. ATGTİ-dən Ləman Cavadova və Cavid Hüseynov və Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramından Səfər Məmmədov tələbələrin könüllülük fəlsəfəsi, prinsipləri və dəyərləri çərçivəsində çıxış edərək onlara bu istiqamətdə geniş məlumat veriblər. Hər bir nümayəndə öz təşkilatlarında yaradılmış imkanlar , könüllü proqramları, yay məktəbləri haqqında geniş informasiya verib və tələbələrin suallarını cavablandırıblar. Könüllülük nədir? Könüllülük nə qazandirir? haqqında isə bu sahədə kifayət qədər təcrübələri olan İqtisad Universitetinin tələbələri Nicat Səmədov və Samir Səlimli də öz fikirlərini bölüşüblər. Tədbirin əsas məqsədi tələbələri aktiv sosial həyata istiqamətləndirmək və gənclər üçün yaradılmış mövcud imkanlar haqda onları bilgiləndirmək olub.