Xəbərlər

BANM-də Fərdi İnkişaf və motivasiya adlı seminar keçirildi

BANM-də THİK-nin dəstəyi və  “Brain Organization”un, eləcə Ali Məktəbin 2-ci kurs tələbəsi Nəriman Tağızadənin təşkilatçılığı ilə “Fərdi inkişaf və motivasiya” adlı seminar keçirilmişdir. Seminarda  tələbələr “Fərdi inkişaf nədir?”, “İnkişafa necə başlamalı?”, “Şəxsi inkişafa kömək olan vasitələr”, “Motivasiyanı necə yüksəltmək olar?”, “Motivasiya ilə fərdi inkişafıb əlaqəsi” mövzusunda maraqlı  məlumatlar əldə ediblər. Görüşün əsas təlimçisi Məhəmməd Kərim və digər təlimçiləri Aidə Ağayeva, Günay İsmayılzadə və Səbinə İsmayılzadə tələbələrlə interaktiv müzakirələr aparıblar. “Fərdi inkişaf və motivasiya” seminarında təlimçilər tələbələr arasında müxtəlif psixoloji testlər aparıb  və onların bu mövzuda düşüncələrini öyrəniblər.