Xəbərlər
Tacikistanın Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Tacikistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İlxom Abduraxmon ilə görüşüb.
Görüş zamanı rektor səfirə BANM haqqında ətraflı məlumat verərək bildirib ki, BANM-də müasir və innovativ tədris sistemi tətbiq olunur, tədris prosesi sənaye ilə sıx əməkdaşlıq əsasında qurulub, tələbələrin yüksəksəviyyəli mütəxəssis kimi formalaşmasına xüsusi diqqət yetirilir.
Rektor BANM-də 25 ölkədən tələbələrin təhsil aldığını və yerli tələbələrlə yanaşı, xarici tələbələr üçün də ali təhsil müəssisəsində geniş imkanlar yaradıldığı qeyd edib.
Görüşdə tacikistanlı tələbələrin Bakı Ali Neft Məktəbində təhsil almaq imkanı, tələbə mübadiləsi və digər əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.
Səfir İlxom Abduraxmon isə Bakı Ali Neft Məktəbində yaradılan müasir tədris şəraitini və tələbələr üçün təqdim olunan imkanları yüksək qiymətləndirərək, təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
