Xəbərlər
Rektor Elmar Qasımov "Sənaye Təhlükəsizliyi Zirvəsi"ndə iştirak edib
“Sıfıra doğru” şüarı altında təşkil edilən "Sənaye Təhlükəsizliyi Zirvəsi" tədbiri çərçivəsində “Sinerjidən enerjiyə” mövzusunda panel iclası keçirilib.
Tədbirdə SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov çıxış edib. E.Qasımov innovasiyaların tətbiqi və karbonsuz gələcəyə doğru əməkdaşlığın vacibliyini vurğulayıb. Alternativ enerji mənbələrinə keçidin sürətlənməsi, sənaye təhlükəsizliyinin gücləndirilməsi və iqlim dəyişikliyi ilə mübarizənin önəmini qeyd edib. Həmçinin, Azərbaycanın COP29-a ev sahibliyi etməsinin əhəmiyyəti və tələbə könüllülərinin bu tədbirin təşkilindəki rolu xatırlanıb.
Tədbir Fövqəladə Hallar Nazirliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu tərəfindən “Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” İctimai Birliyi ilə birgə təşkil olunub.