Xəbərlər

TÜBİTAK BİLGEM Mərkəzinin rəhbəri Ali Görçin BANM-da olub

Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin Elm və Texnoloji Tədqiqatlar Şurasının (TÜBİTAK) İnformatika və İnformasiya Təhlükəsizliyi üzrə Tədqiqatlar Mərkəzini (BİLGEM) prezidenti Ali Görçin Bakı Ali Neft Məktəbində (BANM) olub.

Rektor Elmar Qasımov qonağa Bakı Ali Neft Məktəbində yaradılan müasir tədris şəraiti, tədqiqat mühiti, tələbə və məzunların uğurları barədə məlumat verib. Eləcə də TÜBİTAK ilə əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, bu cür tərəfdaşlığın tələbələrin və məzunların professional inkişafına müsbət təsir etdiyini diqqətə çatdırıb.

Sonra Ali Görçin BİLGEM-in tarixi, fəaliyyəti və strateji istiqamətləri barədə ətraflı məlumat verib. Tələbələrə öz təcrübələrini bölüşən Görçin karyera inkişafı üçün bir neçə tövsiyə verib. Tələbələrin yay istehsalat təcrübələrini şirkətin müxtəlif müəssisələrində keçmək imkanları və süni intellektin gələcəkdə mühəndislik sahəsindəki təsirləri müzakirə edilib.

Görüş sual-cavab formatında davam etdirilib.