Xəbərlər

Bakı Ali Neft Məktəbinin tələbələri hakatonda qalib olublar

Bakı Ali Neft Məktəbinin (BANM) “RePlay” komandası “ASAN xidmət", “ASAN Könüllüləri” Təşkilatı və "Coca-Cola" Fondunun birgə əməkdaşlığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə Azərbaycanda ilk dəfə tullantıların azaldılması üzrə keçirilən "Recyclaton" hakatonunda I yeri qazanıb.

BANM-in “RePlay” komandasında Kimya mühəndisliyi ixtisasının IV kurs tələbələri Cavidan Zeynalov, Meyvəgül Hacıyeva və İnformasiya təhlükəsizliyi ixtisasının IV kurs tələbəsi Turqut Ağaşov təmsil olunur. Onların hazırladığı layihə tullantıların yenidən emal olunaraq asfalt istehsalında istifadəsini nəzərdə tutur.

Bundan əlavə, BANM-in 3 komandası (LuckyRecycling, Wasted Team, Çinar) da hakatonda uğur əldə edib və həvəsləndirici mükafat alıb.

“LuckyRecycling” komandasında Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının III kurs tələbələri Fatimə Ömərova, Samirə Qəribova və Leyla Quliyeva, “Çinar” komandasında Biznesin idarə edilməsi ixtisasının II kurs tələbəsi Murad Əliyev, Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının II kurs tələbəsi Zahid Abdullayev, İnformasiya təhlükəsizliyi ixtisasının II kurs tələbəsi Cəmilə Yusifova, “Wasted Team” komandasında isə İnformasiya təhlükəsizliyi ixtisasının V kurs tələbəsi Hüseyn Qəmbərov, Kimya mühəndisliyi ixtisasının V kurs tələbəsi Taliyə Məmmədhəsənzadə, Neft-qaz mühəndisliyi ixtisasının V kurs tələbəsi Həsən Həsənov, Bakı Mühəndislik Universitetinin tələbəsi Xəyal Məmmədəliyev təmsil olunur.

#BANM #BHOS #Hakaton #hackathon #recyclaton