Xəbərlər
SOCAR nümayəndələri Bakı Ali Neft Məktəbində İnformasiya təhlükəsizliyi ixtisasının tələbələri ilə görüşüblər
SOCAR prezidentinin müşaviri Murad Abdullayev, SOCAR-ın İnsan resursları departamentinin rəis müavini Aytən Fərzəliyeva, “Caspian İnnovation Center” şirkətinin nümayəndəsi Rauf Mahmudlu Bakı Ali Neft Məktəbinin (BANM) İnformasiya təhlükəsizliyi ixtisasında təhsil alan tələbələrlə görüşüblər.
SOCAR nümayəndələri tələbələr üçün təqdimatlar edərək şirkətdə bu sahədə həyata keçirilən yeniliklərdən, şirkətin strategiyasından, kadr potensialından, sahənin vacibliyindən bəhs ediblər. Bildirilib ki, kadr potensialının gücləndirilməsinə əhəmiyyət verilir və bu istiqamətdə böyük işlər həyata keçirilir.Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qeyd edib ki, Azərbaycanda İnformasiya təhlükəsizliyi ixtisası ilk olaraq Ali Məktəbdə açılıb və bu il həmin ixtisas üzrə ilk məzun buraxılışı olacaq. Rektor bu tələbələrin ingilisdilli peşəkar kadrlar kimi yetişdiyini və yüksəksəviyyəli mütəxəssis olaraq bu sahəyə töhfə verəcəklərinə əminliyini vurğulayıb.
Sonda SOCAR nümayəndələri tələbələrin suallarını cavablandırıblar.