Xəbərlər
Bakı Ali Neft Məktəbinin I kurs tələbələrinə Tələbə kartlarının verilməsi mərasimindən
SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) 2022/2023-cü tədris ilində Ali Məktəbə qəbul olan tələbələrə Tələbə kartları verilib. Bu münasibətlə rektor Elmar Qasımovun rəhbərliyi və BANM-in müxtəlif şöbələrinin əməkdaşlarının iştirakı ilə I kurs - Hazırlıq ilinin(Foundation) tələbələri, onların valideynləri, məzun olduqları məktəbin direktorları ilə geniş tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan təqdimat mərasimi Prezident İlham Əliyevin Bakı Ali Neft Məktəbinin kampusunun açılışında iştirakı və Ali Məktəb haqqında fikirlərini əks etdirən videomaterialla davam etdirilib.
Tədbiri giriş nitqi ilə açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov əvvəlcə Vətən müharibəsi şəhidlərinin xatirəsini yad edib. Bu il Ali Məktəbə daxil olmuş Hazırlıq ili tələbələrini, onların valideynlərini təbrik edən rektor uğurlar arzulayıb. Ali Məktəbin nailiyyətləri, göstəriciləri və məzunları, eyni zamanda təlim-tədris prosesi haqqında ətraflı təqdimatla çıxış edən rektor bildirib ki, ən savadlı, bilikli, bacarıqlı, beynəlxalq və ölkə səviyyəli olimpiadaların qalibləri olmuş, orta məktəbi qızıl medal və Fərqlənmə attestatı ilə bitirən abituriyentlər BANM-i seçirlər: “Bakı Ali Neft Məktəbi cənab Prezident İlham Əliyevin Fərmanı ilə SOCAR-ın strukturunda yaradılıb. SOCAR-ın insan resurslarının inkişafı strategiyasına xidmət edən ən önəmli layihələrindən biri olan Bakı Ali Neft Məktəbi yarandığı 11 il ərzində yalnız ən yüksək göstəricilərlə yadda qalıb. Bizimtələbələr Azərbaycanın intellektual əsgərləridir. Cənab Prezidentimiz İlham Əliyevin Sərəncamı ilə ölkə üzrə bu il Prezident təqaüdünə layiq görülən 102 nəfərdən 31-i BANM-in tələbəsidir. BANM-in tələbəsi olmaqla, bu təqaüdü qazanmaqla artıq onlar həyatlarının ilk uğuruna imza atıblar. Əziz tələbələr, bu uğur hər zaman sizi müşayiət edəcək”.
Rektor həmçinin qeyd edib ki, BANM-in tələbələri Azərbaycanda ilk dəfə olaraq keçirilənTürkiyənin Aviasiya, Kosmik və Texnologiya Festivalı olan “Teknofest”də 2-si qızıl olmaqla 8 medal qazanıblar: “Eyni zamanda BANM-in tələbələri ölkəmizi ötən il olduğu kimi bu il də NASA-nın nüfuzlu müsabiqəsində təmsil edəcəklər. Bu uğur bizi sevindirir vəqürur verir”.
Bakı Ali Neft Məktəbinin tələbələri ilə qürur duyduğunu vurğulayan Neft- qaz mühəndisliyi kafedrasının professoru, əməkdar müəllim Fuad Vəliyev bildirib ki, BANM-də sadəcə peşəkar kadrlar deyil, həm də milli dəyərlərə malik, vətən sevgisi olan ziyalılar yetişir. Ali Məktəbin 2022-ci il Neft-qaz mühəndisliyi ixtisasının məzunu, SOCAR-ın "Azneft"İstehsalat Birliyinin “Bibiheybət” Neftqazçıxarma İdarəsinin mühəndisi vəzifəsində çalışan Nigar Bayramova tələbəlik illərindəki xatirələrini və uğur hekayəsini bölüşüb.
Tədbirdə çıxış edən bu il Prezident təqaüdünə layiq görülmüş Aysel Abasova və ZiyaMəlikov, eləcə də Nailə Əmirova BANM-ə qəbul olmaqla gələcəkdə peşəkar mütəxəssis kimi yetişərək, ölkəmizə və xalqımıza fayda vermək arzularını dilə gətiriblər.
Tələbə kartlarının təqdim olunması tədbirinə dəvət edilən Neft-qaz mühəndisliyi ixtisasının I kurs tələbəsi Nuray Əhmədovanın atası - Vətən müharibəsi iştirakçısı,Suqovuşan və Hadrutun azad olunması uğrunda gedən döyüşlərin iştirakçısı mayor Xəqani Əhmədov çıxışında bildirib ki, Azərbaycan gəncliyi torpaqlarımızı işğaldan azadetdi və bu gənclər ədəbi, əzəli torpaqlarımızı qoruyub saxlamalıdırlar. Onun çıxışı alqışlarla qarşılanıb. Qeyd edək ki, Xəqani Əhmədovun qardaşı mayor Vidadi ƏhmədovCəbrayıl və Füzulinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdəqəhrəmancasına şəhid olub.
Sonra rektor Elmar Qasımov tələbə adını qazanmış gənclərə tələbə kartlarını təqdim edib.
Tədbirdə Sosial şəbəkələrdə aktivlik və BANM haqqında, tədrisin, imtahanların təşkili vəkeçirilməsi, daxili intizam qaydaları, apellyasiya şikayətlərinin elektron qəbulu üzrəqaydalar, e-poçt ünvanlarından, turniketdən istifadə, biometrik qeydiyyat haqqında təqdimatlar edilib.
Tələbələrə, həmçinin davranış qaydaları, əməyin mühafizəsi və təhlükəsizlik texnikası,Yaşayış – idman kompleksindən istifadə qaydaları və idman klublarında, tələbə klublarında iştirak haqqında ətraflı məlumatlar verilib.Sonda valideyn və tələbələr üçün Kampus turu təşkil edilib.
Sonra Ali Məktəbin rektoru tələbələr və onların valideyinləri ilə birlikdə tələbə yeməkxanasında nahar ediblər