Xəbərlər
Bakı Ali Neft Məktəbində doktorantların və gənc tədqiqatçıların XXV respublika elmi konfransı
Təhsil İnstitutu və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə doktorantların və gənc tədqiqatçıların XXV respublika elmi konfransının (NASCO XXV) açılış mərasimi keçirilib.
Konfransda giriş nitqi ilə çıxış edən təşkilat komitəsinin sədr müavini, Təhsil İnstitutunun direktoru Rüfət Əzizov tədbirlə bağlı hesabat təqdim edib.
Elm və təhsil naziri Emin Əmrullayev iştirakçıları salamlayaraq konfransın doktorant və gənc tədqiqatçılar üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb, eyni zamanda ali təhsil müəssisələrinin və elmi-tədqiqat institutlarının sıx əməkdaşlığı sahəsində gənc alimlərin inkişafı üçün şərait yaradılmasının üstünlüyündən danışıb.
Daha sonra Berlin Texniki Universitetinin doktorantı Günay Kazımzadə süni zəka üzrə yeni qanunvericilik, qlobal trendlər, doktorantura və akademik laboratoriyalarda təcrübə haqqında çıxış edib.
Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun doktorantı Könül Qəhrəmanova da öz növbəsində “Azərbaycanda kimya elmi: dünəni, bu günü və gələcək inkişaf perspektivləri” mövzusunda məruzə edib.
Konfransa ev sahibliyi edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qonaqları salamlayıb və konfrans iştirakçılarına uğurlar arzulayıb.
Çıxışlardan sonra elmi konfrans panellər və bölmə iclasları ilə davam etdirilib.
Konfrans bu gün də işini davam etdirir.
#BANM #BHOS #ElmVəTəhsilNazirliyi #EduAz #ARTİ #elmikonfrans