Xəbərlər
Bakı Ali Neft Məktəbinin tələbələri “Süni intellekt və data elmi” intensiv təlim proqramı layihəsində iştirak ediblər
Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) tərəfindən həyata keçirilən “Süni intellekt və data elmi” intensiv təlim proqramı layihəsində iştirak ediblər. Layihənin məqsədi ölkəmizdə data analitikası sahəsində kadr potensialını artırmaq və əmək bazarının tələblərinə uyğun mütəxəssislər yetişdirməkdir.
“Süni intellekt və data elmi” intensiv təlim proqramı layihəsində iştirak edən BANM tələbələri: Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının tələbələri Rüstəm Qarayev, Elvin Məmmədov, Bəhruz Hüseynov, Neft-qaz mühəndisliyi ixtisasının tələbələri Fərhad Ağayev, Tahir Əskərli, Kimya mühəndisliyi ixtisasının tələbələri Ləman Əlipaşayeva, Məhəmməd Mehdi, Kompüter mühəndisliyi ixtisasının tələbəsi Kəvsər Hüseynova və İnformasiya təhlükəsizliyi ixtisasının tələbəsi Nihad Əlili. Rüstəm Qarayev, Tahir Əskərli və Kəvsər Hüseynova proqramı fərqlənmə ilə başa vuran 12 nəfər arasındadırlar. Ümumilikdə isə proqramın 35 məzunu olub.
Layihə çərçivəsində data analitikasına marağı olan tələbələr bu sahədə mütəxəssis olan təlimçilər tərəfindən strukturlu və effektiv şəkildə praktiki təlimlər keçib və data elminin əsaslarını dərindən mənimsəyiblər. Təlim proqramı 3 ay davam edib.