Xəbərlər

BANM-də Petrel Fundamentals və Petrel Reservoir Engineering üzrə kurslar təşkil olunub

Bakı Ali Neft Məktəbinin (BANM) “Kompüter və İKT” kafedrasının təşkilatçılığı ilə oktyabr ayının 15-dən 21-dək BANM-in “Kompüter və İKT” kafedrası və “Neft–qaz mühəndisliyi” kafedrasının əməkdaşları üçün “Petrel Fundamentals” və “Petrel Reservoir Engineering” üzrə kurslar təşkil olunub.

 

Təlim zamanı “Schulumberger” şirkətinin aparıcı mütəxəssisləri Tatyana Topalova (Rusiya), Aibar Kamaşev (Qazaxıstan) və Samirə Bağırova (Azərbaycan) Petrel proqam təminatı ilə bağlı maraqlı və faydalı mühazirələr aparıblar. Mühazirələrlə yanaşı, Petrel proqramı əsasında məşğələlər keçirilib. Məşğələlərdə neft quyularının modelləşdirilməsi, quyu məlumatlarının təhlili və seysmik məlumatların interpretasiyası məsələləri müzakirə olunub.

 

Sonda təlim iştirakçılarına “Schlumberger” kampaniyasının sertifikatları təqdim edilib.

 

Qeyd edək ki, Petrel proqramı vasitəsilə geofiziki və geoloji məlumatların emalı, neft yataqlarının işlənməsi və real zamanda rezervuarların təsvirini həyata keçirmək olar.