Xəbərlər

Bakı Ali Neft Məktəbinin tələbəsi “PASHA Hackathon”un qalibi olub

Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi ixtisasının 3-cü kurs tələbəsi Tahir Əskərlinin təmsil olunduğu “Pasha INSURISE” komandası “PASHA Hackathon” yarışmasının qalibi olub. “PASHA Holding”, “Hackquarters” və “PAŞA Həyat”ın birgə təşkilatçılığı ilə keçirilən yarışmaya 11 ölkədən 179 iştirakçının təmil olunduğu 40 komanda qatılıb.

48 saat davam edən “PASHA Hackathon”da “Pasha INSURISE” komandası II yerə layiq görülərək uğura imza atıb. Komanda 4000 manatla mükafatlandırılıb.

Hakaton tələbələri və proqramçıları mövcud iş prosesindəki problemləri həll etməyə və yeni ideyalar yaratmağa təşviq etmək məqsədilə həyata keçirilib. Yarışma “Müəyyən seqmentlər üçün həyat sığortası məhsullarının penetrasiya səviyyəsinin artırılması” mövzusunda olub.

Qeyd edək ki, “PASHA Hackathon”da I və III yerlərə Türkiyəni təmsil edən komandalar layiq görülüb. BANM-in tələbəsi Tahir Əskərlinin təmsil olunduğu “Pasha INSURISE” komandası Azərbaycanın digər universitetelərindən olan tələbələrdən ibarət olub. Onların komandası qalib olan yaganə Azərbaycan komandasıdır.

#BANM #BHOS #HAKATON #Pashalife #Pashahackathon