Xəbərlər

Neft-qaz mühəndisliyi kafedrasının müdiri, professor Arif Məmməd-zadənin 70 illik yubileyidir

    Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi kafedrasının müdiri, professor Arif Məmməd-zadənin 70 yaşı tamam olur. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bu münasibətlə onu təbrik edib. Təbrikdə deyilir:

 

"Hörmətli Arif müəllim,

Sizi 70 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir və səmərəli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram. Siz Azərbaycanın görkəmli ziyalılarından biri olaraq, ömrünüzün böyük bir hissəsini Azərbaycan elminin inkişafına sərf etmisiniz.

 

Bir daha sizi yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, sizə uzun ömür, möhkəm can sağlığı, elmimizin inkişafı yolunda böyük nailiyyətlər arzulayıram."

 

Qeyd edək ki, Arif Məmməd-zadə 1962-1967-ci illərdə Azərbaycan Neft Kimya İnstitutunun (AzNKİ) Neft-Mexanika fakultəsini bitirmişdir. O,1969-1973-cü illərdə Azərbaycan Neft Kimya İnstitutunun (AzNKİ) Neft-Qaz fakultəsi üzrə dissertanturada təhsil almışdır. (Ph.D) 1973-1990-cı illərdə o, Azərbaycan Neft Kimya İnstitutunun (AzNKİ) Neft-Qaz fakultəsi üzrə doktoranturanı bitirmişdir. (D.Sc.)

 

Arif Məmməd-zadə 1970-1990-cı illərdə MDU, BETNeftİ, BETNGGİ,TatNEFT, BaşNEFT, Qərbi Sibir (Rusiya); KDU (Ukrayna), Notingem (İngiltərə), Heriot-Vatt Universitetində (Şotlandiya) çalışmışdır. O. əmək fəaliyyətinə 1968-ci ilin dekabrında Xüsusi konstruktor bürosunda mühəndis kimi başlamışdır. 1968-2013-cü illərdə ADNA-nın (indiki ADNSU) aspirantı, assistenti, dosenti, professoru və kafedra müdiri kimi fəaliyyət göstərmişdir. 2013-cü ilin may ayından Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi kafedrasının müdiri vəzifəsində çalışır. Professor Arif Məmməd-zadə 122 elmi işin müəllifidir, onlardan 3 kitab, 2 dərs vəsaiti, 11 patentin sahibidir.