Xəbərlər
Bakı Ali Neft Məktəbinin builki məzunlarının uğurlu nəticələri
2021/2022-ci tədris ili üzrə Bakı Ali Neft Məktəbindən (BANM) 107 bakalavr, 61 magistr məzun olub.
Bakalavr səviyyəsi üzrə məzunların 31 nəfəri SOCAR-ın müəssisələrində (14 nəfər “SOCAR Downstream”, 4 nəfər Bakı Ali Neft Məktəbi, 3 nəfər “Neftqazelmitədqiqatlayihə” İnstitutu, 3 nəfər “Azneft” İstehsalat Birliyi, 2 nəfər “SOCAR Türkiyə”, 2 nəfər İnformasiya Texnologiyaları və Rabitə İdarəsi, 1 nəfər “SOCAR Upstream”, 1 nəfər “Neftqaztikinti” Tresti, 1 nəfər “SOCAR Polymer”), 5 nəfəri #bp şirkəti (Böyük Britaniya), 4 nəfəri “Maire Tecnimont” (İtaliya), 2 nəfəri ADA Universiteti, 1 nəfəri #ABB, 1 nəfəri “PASHA Bank”, 1 nəfəri “Bank Respublika”da işə qəbul edilib.
BANM-in 6 məzunu “SOCAR Polymer”, 3 məzunu “Halliburton” (ABŞ), 1 məzunu “PAŞA Bank”da ödənişli təcrübədədir. “Technip Energies” (Fransa) şirkətinin proqramının qalibi olan BANM məzunlarından 3 nəfəri burada təcrübə kursu keçəcək. Bu məzunlar təcrübə müddətindən sonra işə başlayacaqlar.
Builki bakalavr məzunlarının 29 nəfəri xaricdə təhsillərini davam etdirmək niyyətindədir. Onların əksəriyyəti bir neçə nüfuzlu universitetdən tam təqaüdlü qəbul üçün müsbət cavab alıb.
Xaricə qəbul olan məzunlardan 4-ü ABŞ universitetlərində tam təqaüdlü doktorantura təhsili alacaq. Daha 4 məzun “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın qalibi olub. Onlardan ikisi təhsilini Almaniya, ikisi isə Böyük Britaniyada davam etdirmək niyyətindədir.
Ümumilikdə, Almaniyada magistratura təhsilini davam etdirəcək məzunların sayı 11 nəfərdir. Onlardan 6 nəfər təhsilini #DAAD proqramının təqaüdü (Ümumillikdə bu təqaüdü 7 BANM məzunu qazanıb) ilə davam etdirəcək.
Bu il 8 BANM məzunu Macarıstanda Təhsil Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində bu ölkədə təhsil alacaq.
Bundan əlavə, BANM-in 2 məzunu ABŞ-nin Corc Vaşinqton Universiteti ilə ikili diplom proqramı çərçivəsində Azərbaycanın, 1 məzunu İtaliya dövlətinin, 1 məzunu isə Litva universitetinin təqaüdü ilə təhsilinə davam edəcək.
Həmçinin İspaniya, Çexiya universitetlərində də təhsil almağı seçən məzunlar var.
Digər bakalavr məzunlarından bir neçəsi özəl şirkətlərdə çalışır, bir qismi iş təkliflərini dəyərləndirir. Həmçinin məzunların bir hissəsi BANM və digər ali təhsil müəssisələrində magistratura təhsillərini davam etdirəcək.
BANM-in magistratura və MBA məzunlarından 16 nəfər SOCAR-ın müxtəlif müəssisələri (5-i Bakı Ali Neft Məktəbi, 3-ü “SOCAR Downstream”, 1-i “SOCAR KBR”, 1-i “SOCAR Metanol”, 1-i “SOCAR Karbamid”, 1-i Baş ofis, 1-i “SOCAR Fugro” 1-i “Neftqazelmitədqiqatlayihə” İnstitutu, 1-i “Neftqaztikinti” Tresti, 1-i isə İnformasiya Texnologiyaları və Rabitə İdarəsi ), 2 nəfər bp, 1 nəfər “Schlumberger” kimi şirkətlərdə çalışır.
Məzunların bir qismi isə “Beynəlxalq Bank” (3 nəfər), Dövlət Sosial Müdafiə Fondu (2 nəfər), “PAŞA Bank”, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyi, Milli Məclis, Yeni Azərbaycan Partiyası, “Deloitte Azerbaijan”, Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondu, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu və digər
dövlət qurumları və özəl müəssisələrdə işləyir.